Azərbaycan dilindəIn EnglishПо-русски

Əli-Bayramlıda yeni Müştəri Xidmətləri ofisi açıldı!

Bakı, 27 aprel 2007

Azərbaycanın mobil rabitə lideri abonentlərə yüksək standartlara uyğun, üzbəüz xidmət göstərmək üçün ölkədə Müştəri Xidmətləri Ofislərinin sayını artırmaqda davam edir.

Bu dəfə şirkət Əli Bayramlı şəhərində yeni bölgə Müştəri Xidmətləri Ofisini istifadəyə verdi. Yeni xidmət ofisi H.Əliyev prospekti 8a ünvanında yerləşir. Ofisin əhatə dairəsinə Əli Bayramlı şəhəri, eləcə də Hacıqabul, Salyan və Neftçala rayonları daxildir. Yeni ofis abonentlərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün maksimum şərait və ən müasir avadanlıqlarla təmin olunub.

Yeni Ofisin ödəmə məntəqəsi Bank Respublikaya aiddir. Ofisin iş qrafiki Bazar Ertəsi - Cümə günləri saat 10.00-dan 18.00-dək, Şənbə günü isə saat 10.00-dan 16.00-a kimi müəyyən edilib.

Xatırladaq ki, hazırda 10 Müştəri Xidmətləri Mərkəzləri ilə yanaşı, “Azercell Telekom” abonentləri üçün Bakıda və respublikanın müxtəlif regionlarında 11 “Azercell Ekspres” ofisi fəaliyyət göstərir.

İstər Ön Masa, istərsə də “Azercell Ekspres” ofislərinin açılmasında “Azercell Telekom” BM-in əsas məqsədi, günü-gündən sayı artan abonentlərinə yüksək səviyyəli xidmət göstərməkdir. “Azercell” abonentləri bu ofislərə müraciət edərək, yaranan problemləri həll edə, arzuladıqları xidmətlərə qoşula və onları maraqlandıran suallara cavab ala bilərlər.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr