Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell aprel ayında daha 19 stansiya quraşdırdı!

Bakı, 03 may 2007

”Azercell Telekom” əhatə dairəsini daha da genişləndirmək, ölkəmizin hər bir guşəsində keyfiyyətli rabitə xidməti göstərmək üçün 2007-ci ildə də qarşıya qoyulan stansiya quraşdırma strategiyasını uğurla həyata keçirməkdədir. Şirkət aprel ayında Bakıda və ölkəmizin müxtəlif bölgələrində daha 19 stansiya quraşdırdı! Onlardan 6-i Bakıda, 2-si Abşeronda, 2-si Bərdədə, 2-si Cəlilabadda və 2-si Gəncədə, qalan 5 stansiya isə Ağstafa, Ordubad, Qobustan, Salyan və Tətrər rayonlarının ərazisində yerləşir.

Qeyd edək ki, mobil rabitə operatoru daim artan abonentlərini ölkəmizin istənilən nöqtəsində keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə öz stansiyalarının sayını durmadan artırır.

Bütövlükdə “Azercell Telekom” BM bu ilin mart ayının sonuna 2 rezervləşdirilmiş аbonent bazası, 13 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi və 1158 stansiya quraşdırıb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr