Azercell-dən ŞirkətimCELL abonentləri üçün möhtəşəm güzəşt paketləri!Bakı, 08 may 2007 Ölkəmizin mobil rabitə bazarının lideri “Azercell Telekom” BM 8 may 2007-ci il tarixindən etibarən “ŞirkətimCELL” fakturalı xətt abonentləri üçün möhtəşəm güzəşt paketləri təsis etmişdir!
“Azercell Telekom” BM-in əmtəə nişanlarından olan “ŞirkətimCELL” tarifləri 14 fevral 2006-cı ildən abonentlərin istifadəsinə verilib. Bu tariflərin əsas məqsədi “Azercell Telekom” BM-in korporativ müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış, endirimli tarifləri özündə cəmləşdirən yüksək keyfiyyətli rabitə xidmətini təqdim etməkdir.
Yeni güzəşt paketləri “ŞirkətimCELL” abonentlərinə 40 %-ə qədər güzəştlə danışmağa imkan verir. Güzəşt paketlərinə qoşulmaq istəyən “ŞirkətimCELL” fakturalı xətt abonentləri olan müəssisə və təşkilatlar “Azercell Telekom” BM-ə rəsmi məktubla müraciət edərək öz tələbatlarına uyğun bildikləri güzəşt paketini (“Qızıl”, “Gümüş”, “Bürünc”) seçə bilərlər.
Güzəşt paketləri cədvəldə göstərilən miqdarda aylıq danışıq vaxtı, SMS və GPRS imkanı qazandırır.
| Aylıq nominalın dəyəri (ƏDV xaric) |
Azercell şəbəkəsi daxilində danışıq |
SMS |
GPRS (MB) |
| “Qızıl” paket (100 AZN) |
1300 dəqiqə |
100 |
5 |
| ”Gümüş” paket (50 AZN) |
600 dəqiqə |
50 |
2.5 |
| ”Bürünc” paket (20 AZN) |
220 dəqiqə |
20 |
1 |
“Azercell Telekom” BM-nin öz abonentlərinə müxtəlif güzəşt və endirimlər etməsi artıq ənənəyə çevirilib. Çoxsaylı güzəşt və endirim kampaniyalarının, həmçinin ən müasir xidmətlərin abonentlərə təqdim olunması “Azercell Telekom”un regionda ən qabaqcıl mobil rabitə şirkətlərindən biri olduğunu təsdiq edir. Bu liderlik isə, onun 2.500.000 nəfərlik abonent ailəsinə keyfiyyətli xidmətlərindən istifadə edərək daha çox danışmaq və daha çox ünsiyyətdə olmaq imkanı yaradır.
Azercell Telekom MMC Mətbuat Xidməti |