RoamCELL ilə məsafə fərqini hiss etməyəcəksiniz. Rominq saziçlərinin sayi 330-a catdı.Bakı, 11 iyun 2007 “Azercell Telekom” BM ilə Hindistanın “BSNL” (GSM 900/1800), Efiopiyanın “ETC” (birtərəfli, “ETC” abunələri “Azercell şəbəkəsində”) operatorları arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, Hindistan ilə sayca altıncı, Efiopiya ilə birinci rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda Hindistanın “Sterling Cellular”, “Hutchicon Max Telecom (Orange)”, “BPL Cellular Limited”, “BPL Mobile Communications” və “Bharti (Airtel) Cellular” operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 138 ölkənin mobil rabitə operatorları ilə 330 rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |