Azərbaycan dilindəIn EnglishПо-русски

SimSim abonentləri üçün rominq xidməti istifadəyə verildi

Bakı, 20 iyul 2007

Xidmətlərini müştəri rahatlığı istiqamətinə yönəldən “Azercell Telekom” BM mobil rabitə bazarındakı liderliyinin sübutu olaraq daha bir yeniliyə imza atıb. Azərbaycanda ilk dəfə olaraq fakturasız xətt yəni SimSim, GəncSim və BizdənBizə abonentləri də “RoamCELL” xidmətindən istifadə edə biləcəklər. İndiyə kimi yalnız fakturalı xətt abonentləri “RoamCELL” xidmətinin imkanlarından yararlana bilirdilər.

Bundan sonra fakturasız xətt abonentləri çox asanlıqla “RoamCELL” xidmətindən istifadə edə biləcəklər. Xidməti aktivləşdirmək üçün Azərbaycan sərhədlərini tərk etməzdən əvvəl *135*1#YES yığmaq kifayətdir. Yeni xidməti deaktivləşdirmək də rahatdır. Bunun üçün *135*0#YES düymələrini yığmaq lazımdır.

Fakturasız xətt abonentləri üçün “RoamCELL” xidməti ilk olaraq Türkiyənin “Turkcell” operatoru ilə reallaşdırılır və gələcəkdə bu operatorların sayının artırılması nəzərdə tutulur.

“Azercell”in fakturasız xətt abonentləri üçün “Turkcell” operatoru ilə “RoamCELL” xidməti üzrə tariflərə gəlincə, qiymət fərqini nəzərə alaraq rouminqdə olarkən zəng etməkdən daha çox abonentlərimizin zəng qəbul etmələri tövsiyyə olunur. Onu da qeyd edək ki, hələlik SMS və GPRS xidmətləri, eləcə də, Dost-Tanış nömrələrinə olan güzəştlər abonent rouminqdə olarkən tətbiq olunmur.

Beləliklə, “RoamCELL” lə məsafəni “Azercell”in fakturasız xətt abonentləri də hiss etməyəcəklər. Yeni “RoamCELL” xidməti ilə fakturasız xətt abonentləri də xaricdə olarkən öz nömrələrindən ayrılmadan dünyanın istənilən nöqtəsinə rahat şəkildə zəng edib və zəng qəbul edə biləcəklər.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr