Azərbaycan dilindəIn EnglishПо-русски

GizlətCELL+ xidmətindən daha bir imkan!

Bakı, 27 avqust 2007

Mobil telefonsuz həyat? Bunu heç təsəvvür etmək də mümkün deyil. Gündə dəfələrlə zəng edir, mesaj göndərir, hətta ən mühüm işlərimizi də mobil telefonun köməyilə yoluna qoyuruq. Lakin elə hallar olur ki, zəng edərkən nömrəmizin görünməsini istəmirik. Bəzən hətta buna görə planlarımızı pozmalı, vacib işləri təxirə salmalı oluruq.

Öz abonentlərinin istəklərini nəzərə alan, daim onların rahatlığına çalışan “Azercell Telekom” BM bu imkanı da yaratdı. Bu vaxta qədər “Azercell” abonentləri “GizlətCell” xidmətini aktivləşdirməklə, cıxış zəngləri üçün öz nömrələrini gizli saxlaya bilirdilər. Özü də bu zaman müxtəlif variantlar təklif olunurdu. Abonent istər 1 günlüyə, istər bir həftəliyə nömrəsini gizli saxlaya bilirdi. Xatırladaq ki, 1 günlük bu xidmətdən istifadə etmək istəyənlər 9001, bir həftəlik (7 gün) istifadə etmək istəyənlər isə 9007 qısa nömrəsinə boş mesaj göndərirlər.

İndi isə “Azercell” öz abonentləri üçün daha sərfəli və daha rahat variant hazırlayıb. “GizlətCell+” xidməti abonentlərə düz bir ay ərzində zəng edərkən öz nömrələrinin təyin olunmaması imkanını verir. Özü də yeni xidməti aktivləşdirmək çox rahatdır. Bunun üçün sadəcə 9030 nömrəsinə boş mesaj göndərmək kifayətdir. Yeni xidmət növü həm də ona görə sərfəlidir ki, bu xidmətin qiyməti fakturalı abonentlər üçün 4 AZN (ƏDV xaric), SimSim abonentləri üçün isə 1000 kontura başa gələcək.

“GizlətCell+” xidmətinin bir üstünlüyü də ondan ibarətdir ki, istənilən “Azercell” abonenti bu xidməti öz dost-tanışına hədiyyə olaraq göndərə də bilər. Bunun üçün həmin şəxsin nömrəsini SMS mətninə yazıb yenə də 9030 nömrəsinə göndərmək lazımdır. Lakin bu xidmətin qiymətinə təsır etmir. Bu halda xidmətin aktivləşdirilməsinə görə onu hədiyyə edən şəxs mənsub olduğu abonent paketinə uyğun olaraq kontur və ya pul ödəyir.

Beləliklə, bundan sonra “Azercell” abonentləri nəinki bir günlük, yaxud bir həftəlik, hətta bir aylığına çox sərfəli şərtlərlə “GizlətCell+” xidmətindən istifadə edə biləcəklər. Öz abonentlərinə bu cür seçim yaratmaqla “Azercell Telekom” BM onların hər birinin özünə uyğun xidmət seçməsinə imkan verir. Onu da qeyd edək ki, çıxış zəngləri üçün nömrənin gizlədilməsi xidmətini Azərbaycan mobil rabitə sahəsində ilk dəfə “Azercell Telekom” BM tətbiq edib.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr