RoamCELL ilə məsafə fərqini hiss etməyəcəksiniz: Xorvatiyanın “T-Mobile” və Norveçin “Netcom” operatorları ilə rominq xidməti istifadəyə verildi.Bakı, 29 avqust 2007 “Azercell Telekom” BM ilə Xorvatiyanın “T-Mobile” və Norveçin “Netcom” operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, “Azercell”-in Norveçlə ilk, Xorvatiya ilə isə sayca ikinci rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda Xorvatiyanın “Vipnet” operatorunun xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 45 ölkənin mobil rabitə operatorları ilə 95 GPRS/MMS rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |