Azərbaycan dilindəIn EnglishПо-русски

Daha çox SMS yazıb daha çox SMS qazanmaq mümkündür!

Bakı, 01 oktyabr 2007

Mobil rabitənin üstünlüyü çoxdur. Onlardan biri də SMS göndərmək imkanıdır. Elə telefon istifadəçiləri var ki, gün ərzində dəfələrlə mesaj yazıb tanış-bilişə göndərirlər. “Azercell Telekom” BM bu cür abonentləri üçün inanılmaz bir kampaniya hazırlayıb. Belə ki, oktyabrın 1-dən etibarən “SMS Günləri” kampaniyasına start verilir.

Oktyabrın 1-dən dekabrın 31-dək gün ərzində 5 SMS göndərən abonentlər 5 pulsuz SMS göndərmək imkanını qazanacaqlar. Özü də bu proses gün ərzində təkrarlanacaq. Yəni, 10 SMS-dən (5 pullu və 5 pulsuz) sonra təkrar göndərilən 5 pullu mesajdan sonra daha 5 pulsuz SMS-i yalnız şəbəkə daxilində deyil, qısa nömrələr və rouminqdə olduqları zaman istisna olmaqla istənilən istiqamətə istifadə edə bilərlər. Bir sözlə, “Azercell” öz abonentlərinə daha çox SMS göndərməklə daha çox pulsuz SMS əldə etmək imkanı verir. Lakin cari gündə qazanılan pullu SMS-lər istifadə olunmadığı təqdirdə, sabahkı günə keçmir. Bu kampaniya bütün “Azercell” Fakturalı və Fakturasız Xətt (SimSim və BizdənBizə) abonentlərinə aiddir.

GəncSim abonentləri isə ay ərzində 15 pullu SMS göndərməklə, 15 pulsuz SMS qazanacaqlar. GəncSim abonentləri də hər ay ayrılan 15 hədiyyə SMS-ləri yalnız şəbəkə daxilində deyil, qısa nömrələr və rouminqdə olduqları zaman istisna olmaqla istənilən istiqamətdə istifadə edə bilərlər. GəncSim tarif paketinin istifadəçilərinə kampaniya zamanı hədiyyə olunmuş 15 SMS bu tarif paketi çərçivəsində növbəti aylıq pulsuz hədiyyələr verilənədək istifadə olunmadıqda, növbəti aya keçirilmir.

Xatırladaq ki, “Azercell Telekom” BM ötən ilin oktyabrında da “SMS Günləri” elan etmişdi. Lakin indikindən fərqli olaraq həmin kampaniya müddətində abonentlər üçün müəyyən edilən günlərdə güzəştli SMS tarifləri tətbiq olunurdu.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr