Azərbaycan dilindəIn EnglishПо-русски

Rəngli SMS-lə həyatınıza rəng qatın!

Bakı, 11 oktyabr 2007

Hər zaman öz abonentlərinə inanılmaz yeniliklər bəxş edən “Azercell Telekom” BM növbəti sürprizə imza atdı. Ölkəmizin mobil rabitə bazarında inanılmaz dəyişikliklər edən “Azercell Telekom” BM-in yeni “Rəngli SMS” xidməti Sizin mesajlarınızı daha rəngarəng edəcək. “Rəngli SMS” əlavə effektlərlə təchiz olunmuş standart SMS-dir. Bu xidmətdən istifadə edən Azercell abonentləri mesajdakı simvolların özünün, habelə onun arxa fonunun rəngini dəyişdirə və göndərdikləri mesajlara emosiya işarələri əlavə edə bilərlər.

Yeni xidmətdən yaralanmaq çox asandır. Xidmətdə qoşulmaq istəyən abonent sadəcə “RENGLİ” sözünü yazıb, SMS vasitəsilə 9600 qısa nömrəsinə göndərməlidir. Cavabında abonentə WAP link göndəriləcək. Bu linki seçərək “Rəngli SMS” proqramını yükləmək mümkündür. Proqram yükləndikdən sonra onu telefonun yaddaşında saxlamaq lazımdır. Bundan sonra abonent “Rəngli SMS” proqramı vasitəsilə rəngli mesajlar göndərə və qəbul edə bilər. Yeni xidmətin qiymətinə gəlincə 1 “Rəngli SMS”in qiyməti - SimSim/BizdənBizə abonentləri üçün 15 kontur, GəncSim abonentləri üçün 11 kontur, Azercell Fakturalı Xətt abonentləri üçün 0.07 manat (ƏDV xaric) təşkil edir.

Beləliklə, “Azercell Telekom” BM daha bir yeniliyə imza atdı və ağ-qara SMS dövrünü geridə qoyaraq Azərbaycanda “Rəngli SMS” dövrünə start verdi. Bu xidmət vasitəsilə abonentlər mesajlarına rəng və emosiya işarələri qataraq özlərini daha dolğun ifadə etmək imkanı əldə edirlər.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr