İstənilən nominalda 2 kart yükləməklə 250 kontur qazanmaq olar!Bakı, 08 oktyabr 2007 “Azercell Telekom” BM bir-birinin ardınca maraqlı kampaniyalar keçirməklə abonentlərinə pulsuz dəqiqələr bəxş edir. Çünki onlar hər dəfə müxtəlif hədiyyələrlə yanaşı, pulsuz danışıq vaxtı da qazanırlar. “Azercell”in bu dəfə təqdim etdiyi “BonusPay” kampaniyasını da abonentlər üçün xoş sürpriz kimi qiymətləndirmək olar.
Kampaniya çərçivəsində oktyabrın 1-dən dekabrın 31-dək istənilən “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentləri nominalından asılı olmayaraq bir gün ərzində 2 və daha çox sayda danışıq kartı yükləyəcəkləri təqdirdə növbəti gün balanslarına bonus olaraq 250 (iki yüz əlli) kontur pay alacaqlar. Özü də bu kampaniyada istənilən nominallı danışıq kartların kombinasıyası bonus qazandırır.
Xatırladaq ki, ötən il məhz bu ərəfədə “Azercell” bonus pay kampaniyası keçirmişdi. Həmin vaxt “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentləri yalnız 200 kontur hədiyyə alırdılar.
Azercell Telekom MMC Mətbuat Xidməti |