RoamCELL ilə məsafə fərqini hiss etməyəcəksiniz:100-cü operator ilə GPRS/MMS rominq sazişi bağlandı!Bakı, 16 oktyabr 2007 “Azercell Telekom” BM ilə Avstriyanın “Mobilkom”, Braziliyanın “Claro”, İtaliyanın ‘’Wind’’ və Sinqapurun “MobilOne” operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, “Azercell”-in Sinqapur ilə sayca üçüncü, Avstriya, Braziliya və İtaliya ilə isə birinci rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda Sinqapurun “SingTel Mobile” və “StarHub” operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 49 ölkənin mobil rabitə operatorları ilə 100 GPRS/MMS rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |