SimSim abonentlərinin rominq dairəsi genişlənir!Bakı, 25 oktyabr 2007 “Azercell Telekom“ BM fakturalı xətt abonentləri ilə yanaşı fakturasız xətt abonentlərinin də rouminq əhatə dairəsini genişləndirməkdə davam edir. İndi, SimSim, GəncSim və BizdənBizə abonentləri Ukrayna (“Astelit”) və Qazaxıstan (“K’Cell”) də öz nömrələrindən istifadə edə biləcəklər.
Qeyd edək ki, xidmətlərini müştəri məmnunluğuna yönəldən “Azercell Telekom” BM, mobil rabitə bazarındakı liderliyinin bir daha təsdiqi olaraq, 2007-ci ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fakturasız xətt abonentləri üçün “RoamCELL” xidmətini istifadəyə vermişdi. Bu xidmət, ilk olaraq, Türkiyənin “Turkcell” operatoru ilə reallaşdırılmışdır.
“RoamCELL” xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq kifayətdir.
Beləliklə, “RoamCELL”lə məsafəni “Azercell”in fakturasız xətt abonentləri də hiss etməməkdədirlər. “RoamCELL” xidməti ilə fakturasız xətt abonentləri də xaricdə olarkən öz nömrələrindən ayrılmadan dünyanın istənilən nöqtəsinə rahat zəng edib və zəng qəbul edə bilirlər. Bu yeniliyə Azərbaycanda ilk dəfə imza atan “Azercell Telekom” BM, Fakturasız Xətt abonentlərinin “RoamCELL” xidmətinin əhatə dairəsinin sürətlə genişləndirməsini təmin edəcək.
Azercell Telekom MMC Mətbuat Xidməti |