“Azercell”-dən “Maksimum” imkanlarBaku, 30 oktyabr 2007 “Azercell Telekom” BM “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentləri üçün maraqlı proqram hazırlayıb. “Maksimum” proqramına üzv olan abonentlərin balansına avtomatik olaraq pulsuz 77 SMS və 77 MMS əlavə olunacaq. Bu Proqrama qoşulmaq üçün, sadəcə “Maksimum” sözünü yazıb 7777 qısa nömrəsinə göndərmək lazımdır. Verilən pulsuz SMS və MMS istifadə müddəti 30 gündür.
Amma “Maksimum” proqramının imkanları bununla yekunlaşmır. Bundan başqa “Maksimum” proqramına üzv abonentlər arasında danışıqlarda 3 saniyə=1 kontur hesabı ilə aparılacaq və ilin sonuna kimi qüvvədə olacaq. Bundan əlavə imkanları sonsuz olan proqrama üzv olan abonentlər öz cinsini və doğum tarixini qəbul olunmuş qaydada (misal: k, 25.01.1985) 7777 qısa nömrəyə göndərdikləri təqdirdə əlavə 77 kontur qazanacaqlar.
Qeyd edək ki, pulsuz SMS və MMS-lər yalnız “Azercell Telekom” BM-in şəbəkəsinə aid edilən nömrələr arasında mübadilə edilən SMS və MMS-lərə tətbiq ediləcək.
Müştəri məmnuniyyətini fəaliyyətinin prioriteti hesab edən “Azercell Telekom” BM gələcəkdə “Maksimum” üzvləri üçün bir-birindən maraqlı və rəngarəng bonus kampaniyaları keçirməyi planlaşdırır.
Göründüyü kimi “Azercell”in “Maksimum” proqramı abonentlərə göstərilən dövrdə geniş imtiyaz və güzəştlər nəzərdə tutur. Bu proqrama Siz də üzv olun, onun imkanlarından maksimum istifadə edin. Azercell Telekom MMC Mətbuat Xidməti |