RoamCELL ilə məsafə fərqini hiss etməyəcəksiniz:104-cü operator ilə GPRS/MMS rominq sazişi bağlandı!Bakı, 07 noyabr 2007 “Azercell Telekom” BM ilə Bolqarıstanın “Vivatel”, Fransanın “Bouygues Telecom”, Meksikanın “Telefonica” (TEMM) və Hindistanın “ BPL Mobile Communication” operatoru arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, “Azercell”-in Bolqarıstan və Fransa ilə üçüncü, Meksika ilə ikinci, Hindistanla isə sayca ilk GPRS/MMS rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda Bolqarıstanın “Mobitel” və “Globul”, Meksikanın “TelCel” Fransanın isə “Orange” və “SFR” operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 50 ölkənin mobil rabitə operatorları ilə 104 GPRS/MMS rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |