Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell Telekom” növbəti dəfə “İlin şirkəti” seçildi

Bakı, 04 dekabr 2007

“Azercell Telekom” BM-in ardıcıl uğurlarına növbəti birisi də əlavə olundu. Belə ki, “Azercell” 2007-ci ildə telekommunikasiya sahəsində “İlin şirkəti” elan olundu. Noyabrın 30-da biznes sahəsində “İlin şirkəti” Milli Mükafatının sahiblərinin adları açıqlandı. “Gülüstan” sarayında baş tutan tədbirdə Azərbaycan iqtisadiyyatının aparıcı şirkətləri bu nüfuzlu mükafata layiq görüldülər və 2007-ci ildə yaxşıların yaxşısı elan edildilər.

Mərasimdə əvvəlcə “İlin şirkəti” Milli Mükafatının tarixini əks etdirən qısa film nümayiş etdirildi.

Sonra “İlin şirkəti” Milli Mükafatının Təşkilat Komitəsinin rəhbəri İbrahim Baharov qonaqları salamlayıb mükafatın məqsədlərindən danışdı. Onun sözlərinə görə, “Consulting and Business” jurnalının təsis etdiyi bu mükafatın əsas məqsədi özündə yüksək rentabelliyi, bazarda sabit mövqeyi və intensiv inkişafı ehtiva edən, maliyyə şəffaflığı və informasiyanın açıqlığı barədə beynəlxalq standartları əsas götürərək sərmayədarlar üçün aydın korporativ siyasət yürüdən şirkətlərin nailiyyətlərini qeyd etməkdir.

Sonra gecənin ən maraqlı hissəsi başladı. Biznesin müxtəlif sahələrində uğur qazanan şirkətlərə mükafatlar təqdim olundu. Bu kampaniyalar sırasında “Azercell Telekom” BM-nin adı ilk yerlərdə idi. Belə ki, “Azercell Telekom” telekommunikasiya sahəsində “İlin şirkəti” Milli Mükafatına layiq görüldü. Təqdimatından əvvəl “Azercell”in fəaliyyəti və qazandığı uğurlara həsr edilmiş video çarx da nümayiş etdirildi.

Mükafatı şirkətin Baş Müdiri Halim Ateş qəbul etdi. O, təşkilatçılara bu cür yüksək etimada görə təşəkkürünü bildirdi: “Mükafatları almaq bizi daha çox sevindirir, bizi daha da inkişafa meylləndirir. Necə ki, indiyə qədər bu cür mükafatlara layiq olmuşuqsa, ümid edirəm bundan sonra da layiq olmağa davam edəcəyik. Və bu günə qədər etdiyimiz kimi bundan da sonra hər şeyin ən yaxşısını edəcəyik. Çünki Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir”.

Qeyd edək ki, “İlin şirkəti” biznes sahəsində Milli Mükafat ikinci dəfə təqdim olunur. Bu mükafat Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına verilir. Ötən il də “Azercell Telekom” BM ilin şirkəti elan edilmişdi.

Bu dəfə telekommunikasiya ilə yanaşı, təşkilatçılar maliyyə, sənaye, telerabitə və İT, nəqliyyat və tikinti, biznes xidmətləri, KİV, təhsil və tibb sahəsində müxtəlif şirkətlərə mükafat təqdim etdi.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr