Azərbaycan dilindəIn EnglishПо-русски

SimSim abonentləri indi də Gürcüstan və Rusiyada RoamCELL xidmətindən istifadə edə bilərlər!

Bakı, 05 dekabr 2007

“Azercell Telekom“ BM fakturalı xətt abonentləri ilə yanaşı fakturasız xətt abonentlərinin də rouminq əhatə dairəsini genişləndirməkdə davam edir. İndi, SimSim abonentləri Gürcüstan (Geocell) və Rusiyada da (Megafone) öz nömrələrindən istifadə edə biləcəklər. İndiyə qədər “Azercell Telekom” BM-in fakturasız xətt abonentləri Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirliklərində və Qazaxıstanda rouminq xidmətindən yararlanırdılar.

Qeyd edək ki, xidmətlərini müştəri məmnunluğuna yönəldən “Azercell Telekom” BM, mobil rabitə bazarındakı liderliyinin bir daha təsdiqi olaraq, 2007-ci ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fakturasız xətt abonentləri üçün “RoamCELL” xidmətini istifadəyə vermişdi. Bu xidmət, ilk olaraq, Türkiyənin “Turkcell” operatoru ilə reallaşdırılmışdır.

“RoamCELL” xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq kifayətdir.

Beləliklə, “RoamCELL”lə məsafəni “Azercell”in fakturasız xətt abonentləri də hiss etməməkdədirlər və xaricdə olarkən öz nömrələrindən ayrılmadan dünyanın istənilən nöqtəsinə rahat zəng edib və zəng qəbul edə bilirlər. Bu yeniliyə Azərbaycanda ilk dəfə imza atan “Azercell Telekom” BM, Fakturasız Xətt abonentlərinin “RoamCELL” xidmətinin əhatə dairəsinin sürətlə genişləndirməsini təmin edəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr