Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell” 5 ölkənin mobil operatorlari ilə beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib!

Bakı, 06 dekabr 2007

“Azercell Telekom” BM Beynəlxalq MMS rouminq tərəfdaşlarının sayını artırmaqda davam edir. Bu dəfə operator, Ukraynanın “Astelit”, Macarıstanın “Pannon”, Çin Xalq Respublikasının “China Mobile”, Fransanın “SFR”, Böyük Britaniyanın “Hutchison 3G UK Limited” mobil rabitə şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib. Abonentlərinə məsafə fərqini hiss etdirməmək üçün “Azercell Telekom” BM, 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hal-hazırda “Azercell Telekom” 16 mobil şəbəkə operatoru ilə 15 ölkədə MMS xidmətinə qoşulub.

Xatırladaq ki, ölkəmizin aparıcı mobil operatoru, indiyə kimi 55 ölkənin 111 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər “Azercell” abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə “Azercell” abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

Hazırda, “Azercell” abonentləri İsveçin “TeliaSonera”, Gürcüstanın “Geocell”, Moldovanın “Moldcell”, Avstraliyanın “Telstra”, Türkiyənin “Turkcell”, Bolqarıstanın “Globul”, Çexiyanın “O2”, Səudiyyə Ərəbistanının “Mobily”, Almaniyanın “O2”, Avstriyanın “One” və Ukraynanın “Kyivstar” abonentləri ilə də MMS mübadiləsi aparmaq imkanına malikdirlər.

Xidmətlərini müştəri rahatlığına yönəldən və “Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir” prinsipinə sadiq qalan “Azercell Telekom” BM, ilk dəfə ölkəmizə “MMS”, “GPRS”, “EDGE”, “Simurq” kimi mobil rabitə xidmətlərini tətbiq edib. 2,8 milyondan çox abonent ailəsini özündə birləşdirən ”Azercell”, bundan sonra da informasiya-rabitə texnologiyalarının ən son nailiyyətləri ilə öz abonentlərini sevindirəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr