Paytaxtdaki tikinti işləri zamani Baki-Əlibayramli istiqamətində olan fiber-optik kabel zədələnmişdirBakı, 26 dekabr 2007 Dekabrın 26-da Bakı şəhəri, Heydər Əliyev prospektində aparılan tikinti işləri zamanı Bakı-Əlibayramlı istiqamətində olan fiber-optik kabel zədələnmişdir. Nəticədə Şimal-Qərb və Aran bölgəsinin bəzi rayonlarında yaşayan abonentlərimizin bir qismi saat 09:30-12:00 radələrində zənglər zamanı müəyyən problemlərlə üzləşmişlər.
Görülmüş operativ tədbirlər nəticəsində ”Azercell” abonentlərinin keyfiyyətli rabitə ilə təminatı bərpa olunmuşdur. |