“RoamCELL” ilə məsafə fərqini hiss etməyəcəksinizBakı, 28 dekabr 2007 “Azercell Telekom” BM ilə Gürcüstanın “Mobitel” operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, Gürcüstan ilə sayca üçüncü rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda bu ölkənin “MagtiCom” və “Geocell” operatorunun xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” BM 140 ölkənin mobil rabitə operatorları ilə 344 rouminq sazişi bağlayıb. |