Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell-in Baş müdiri A.Halim Ateş - "İlin Top Meneceri", SimSim - "İlin Milli Brendi" seçildi!

Bakı, 29 yanvar 2007

“Uğur” mükafatı almaq çox böyük nailiyyətdir. Hələ bir ilə iki “Uğur” almaq – möhtəşəm bir hadisədir”-deyə yanvarın 27-də “Gülüstan” sarayında keçirilən mərasimdə çıxış edən aparıcı “Azercell Telekom” BM-in layiq görüldüyü mükafatı elan edərkən bildirdi.

“Consulting və Business” jurnalının təsis etdiyi İqtisadiyyat və Biznes Sahəsində Milli Mükafat – “Uğur” 2006-cı ildə iqtisadi sahədə fərqlənən şirkət və biznes sahəsində çalışan insanlara təqdim edildi.

”Uğur”un ənənəvi laureatı olan “Azercell Telekom” Birgə Müəssisəsi bu dəfə də iki nominasiyada mükafata layiq görüldü – “Azercell”in baş müdiri A.Halim Ateş “İlin top meneceri”, Azərbaycanın ən məşhur əmtəə nişanlarından olan “SimSim” isə “İlin milli brendi” seçildi.

Keçən ilin əvvəlində Bakıya “Azercell”in yeni baş müdiri kimi gələn A.Halim Ateşin rəhbərliyi altında şirkət 2006-cı ildə çoxlu uğurlara imza atdı. 1000-ci radio baza stansiyasının quraşdırılması, 135-ci ölkənin sayca 300-cü operatoru ilə rouminq müqaviləsinin imzalanması, regionda analoqu olmayan “Simurq” xidmətinin istifadəyə verilməsi A.Halim Ateşin “Azercell Telekom” BM-ə rəhbərlik etdiyi qısa zamanda əldə olunan çoxsaylı nailiyyətlərdən bir neçəsidir.

1996-1997-ci illərdə “Akbank”da, 1997-1998-ci illərdə “Esbank”da insan qaynaqları üzrə mütəxəssis vəzifəsində işləyən Halim Ateş 1998-2002-ci illərdə “Türkcell”də, 2002-2004-cü illərdə “Fintur Holding BU”da insan qaynaqları üzrə menecer kimi çalışıb. 2004-2006-cı illərdə onun rəhbərliyi altında Moldovanın “MoldCell” mobil rabitə operatoru liderlik zirvəsinə yüksəlib.

1998-ci ildə Azərbaycan mobil rabitə bazarında analoqu olmayan xidmət kimi istifadəyə verilən “SimSim” qısa müddət ərzində azərbaycanlılar arasında populyarlaşaraq hazırda öz ətrafında 2,2 milyondan artıq abonenti birləşdirir.

“Azercell” bu il də UĞURLARINA UĞUR qatacağına söz verir...


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr