Bakı, 05 aprel 2007

Xidmətlərini müştəri rahatlığı istiqamətinə yönəldən “Azercell Telekom” BM mobil rabitə bazarındakı liderliyinin sübutu olaraq daha bir yeniliyə imza atıb. “Azercell” abonentlərinə məsafə fərqini hiss etdirməmək üçün Azərbaycanda ilk dəfə olaraq beynəlxalq MMS rominq xidmətini istifadəyə verib.

İsveçin “Telia-Sonera” şirkəti ilə ilk beynəlxalq MMS müqaviləsini imzalayan “Azercell Telekom” bu sahədə fəaliyyətini daha da intensivləşdirərək yeni mobil operatorlarla bu xidməti istifadəyə vermək istiqamətində çalışır. Operator indiyə kimi 36 ölkənin 78 operatoru ilə GPRS/MMS müqaviləsi imzalasa da, adı çəkilən saziş əvvəlkilərdən xidmətin imkanlarına görə ciddi fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rominq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər “Azercell” abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edir.

Yeni beynəlxalq xidmət isə “Azercell” abonentlərinə həm də, digər mobil opertorun – “Telia-Sonera”nın abonentlərilə MMS mübadiləsi aparmağa imkan yaradır.

Qeyd edək ki, “GPRS”, “EDGE”, “Simurq” kimi mobil texnologiyanın ən müasir xidmətlərini də ölkəmizə ilk dəfə “Azercell Telekom” BM gətirib. Azərbaycanda ilk dəfə GSM texnologiyasını sınaqdan çıxaran “Azercell Telekom” BM 3G texnologiyasının tətbiqinə hazırlaşır və bundan sonra da informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri ilə abonentlərini sevindirəcək.

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: