Bakı, 26 aprel 2007 Azərbaycan rabitəsinin regionda qabaqcıl mövqelərə nail olmasında böyük rol oynayan “Azercell Telekom” BM-in abonentlərinin sayı artıq 2 500 000 nəfərə çatdı. Bu olduqca xoş və mühüm hadisədir. Çünki bu göstərici özündə yalnız kəmiyyəti deyil, həm də yüksək keyfiyyəti ehtiva edir. Bu rəqəm birbaşa mobil rabitədən yararalananların böyük hisssəsinin “Azercell Telekom” BM-nə olan inamınının əyani göstəricisidir.
Qeyd edək ki, mobil rabitə liderinin abonentlərinin sayı cəmi bir neçə ay bundan əvvəl - ötən ilin avqustunda 2 000 000 nəfəri aşmışdı. 2004-cü ilin mayında isə operatorun abonentlərinin sayı 1 000 000-a çatmışdı. Beləliklə cəmi üç ilə yaxın bir müddətdə “Azercell” ailəsi 2,5 dəfə böyüdü. Mobil rabitə abonenti olmaq istəyən vətəndaşlarımızın əksəriyyətinin məhz “Azercell Telekom” BM-ni seçməsindən müəssisə rəhbərliyi, həmçinin “Azercell” komandası məmnundur və yüksək etimada görə abonenetlərə təşəkkür edir.
“Bugün “Azercell” abonentlərinin sayının 2 500 000 çatmasını qeyd edirik! “Azercell” ailəsinin hər bir üzvünün əməyi və peşəkarlığı sayəsində şirkətimiz bu göstəriciyə nail olub və daha yüksək göstəriciləri əldə etməyə davam edir. Hər zaman insanlara dəyəri ön tutan şirkət kimi göstərdiyimiz xidmətlərin keyfiyyətini inkişaf etdirərək Azərbaycanda artıq uzun müddətdir liderliyimizi qoruyuruq. Bu nəaliyyətlərlə dolu yolumuzda birliyimizə güvənərək yeni-yeni uğurlar əldə edəcəyimizə inanıram. Daha bir uğurumuzla Sizi təbrik edir və hər birinizə öz təşəkkürümü bildirirəm!”-deyə “Azercell Telekom” BM-in baş müdiri A.Halim Ateş rəhbərlik etdiyi şirkətin abonentlərinə və əməkdaşlarına ünvanladığı müraciətdə bildirib.
Qeyd edək ki, operator fəaliyyətə başladığı andan yüksək keyfiyyətli xidmət və şəffaf fəaliyyət göstərməyi, mobil rabitə texnologiyasının ən son nailiyyətlərini tətbiq etməyi və hər bir abonentə hörmətlə yanaşmağı özünün başlıca hədəfi seçib və bu hədəfə doğru inamla irəlləyir.
Azercell Telekom MMC Mətbuat Xidməti |