"1001 hədiyyə kampaniyası"Bakı, 01 iyun 2007 “Azercell Telekom” BM yay fəslinin başlaması ilə Azərbaycanda analoqu olmayan növbəti möhtəşəm bir uduş kampaniyasına imza atdı!
“1001 hədiyyə” kampaniyası adlanan bu nəhəng layihə abonentlərə 1 ədəd super tyuninq-li BMW avtomobili, 50 ədəd noutbuk, 650 min nəfərdən çox abonentə pulsuz danışıq vaxtı və çoxlu sayda qiymətli hədiyyələr edəcək!
01 İyun – 31 Avqust 2007-ci il tarixləri arasında keçiriləcək “1001 hədiyyə” adlı ani lotereyada “Azercell” ailəsinin bütün üzvləri - həm Azercell fakturalı xətt, həm də SimSim, GəncSim və BizdənBizə abonentləri iştirak edə bilərlər. Bunun üçün abonentlər sadəcə olaraq, balansı artırmaq üçün üzərində “1001 hədiyyə” loqosu təsvir olunan danışıq kartları almalıdırlar. “1001 hədiyyə” kampaniyası danışıq kartını alan hər bir abonent avtomatik olaraq oyunun iştirakçısına çevriləcək!
Kampaniyada oynanılan hədiyyələr
“1001 hədiyyə” kampaniyasında uduşa 1001 hədiyyə çıxarılıb! Beləliklə kampaniyada:
- 1 ədəd super tyuninq-li BMW avtomobili;
- 50 ədəd Acer Ferrari 5002WLMi noutbuku;
- 150 ədəd JVC GZ-MG130AS videokamerası;
- 300 ədəd SonyEricsson Walkman W880i mobil telefonu;
- 500 ədəd Apple iPod Nano 2Gb MP3 musiqi pleyeri;
- 2500 ədəd 20 manatlıq, 2000 ədəd 40 manatlıq, 370 ədəd 100 manatlıq və ya 150 ədəd 200 manatlıq balansa hədiyyə yükləməklə, həmin məbləğ çərçivəsində müvafiq Azercell xidmətlərindən istifadə;
- 485000 ədəd 360 konturluq, 71500 ədəd 1000 konturluq, 83000 ədəd 2500 konturluq, 7500 ədəd 5500 konturluq, 3200 ədəd 11500 konturluq danışıq kartı oynanılır.
Kampaniyanın Ödəmə və “SimSim” danışıq kartlarının üzərində boya örtüklü xüsusi şifrə və hədiyyə pəncərəsi yerləşdirilir. Boya örtüyü altında hədiyyənin olmasını (və ya olmamasını) bildirən yazı çap olunub. Onu görmək üçün boyanı pozub, yazını oxumaq lazımdır. Uduşlu kartların hədiyyə pəncərəsindəki yazılar – “AVTOMOBİL”, “KOMPYUTER”, “VİDEOKAMERA”, “TELEFON”, “PLEYER”, “x MANAT BALANSA HƏDİYYƏ” (uduş əldə olunmuş Ödəmə kartının nominalına uyğun məbləğdir) və “x KONTUR HƏDİYYƏ” (hədiyyə konturların sayı əldə olunmuş “SimSim” danışıq kartının nominalına uyğundur). Uduşsuz kartlarda “BİR DAHA SINAYIN” yazısı çap edilib.
Kampaniyanın əsas hədiyyələrini, - yəni avtomobili, kompüterləri, videokameraları, telefonları, və pleyerləri udan şəxslər uduşlu kartları Bakıda, Tbilisi prospekti 61A ünvanında yerləşən “Azercell Telekom” BM-in Baş Ofisinə, bölgələrdə isə Azercell Müştəri Xidmətləri və ya Azercell Ekspress ofislərinin birinə 31 yanvar 2008-ci il tarixindən gec olmayaraq təqdim etməlidir. Hədiyyələr kart təqdim olunduğu andan Azercell tərəfindən 30 (otuz) iş günündən gec olmayaraq veriləcək. Uduşlu kart onu təqdim edən şəxsdə qalır və hədiyyə təqdim olunarkən Azercell-ə təhvil verilir.
Hədiyyələrin özünün alınmasına gəlincə, avtomobil, kompüterlər, videokameralar yalnız Azercell-in baş ofisində, telefonlar, və pleyerlərdən ibarət hədiyyələr isə uduşlu kart təqdim olunan ofisdə veriləcək.
Balansa hədiyyə qazanmış hər bir şəxs bu hədiyyəni Azercell GSM nömrəsinin balansına 650CELL xidməti vasitəsilə yükləyə bilər. Kontur qazananlar isə hədiyyə konturlarını balansına 1001CELL və ya 101CELL xidmətləri vasitəsilə yükləyəcəklər. Balansa hədiyyə və uduşlu konturlar istənilən vaxt yüklənilə bilər.
Qeyd edək ki, adıçəkilən kampaniya “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun təşkil olunur. 01 iyun – 31 avqust 2007-cı il tarixlərini əhatə edən Kampaniya ani lotereya kimi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.
“Yay kampaniyası” haqqında məlumatlar Kütləvi İnformasiya Vasitələrində rəsmi elanlar vasitəsilə açıqlanacaq və həmçinin Şirkətin www.azercell.com internet səhifəsində yerləşdirilməsi və müntəzəm yenilənməsi təmin olunacaq.
Beləliklə, növbəti 3 ayda yay havalarının hərarəti bir qədər də artacaq! Qeyd etmək yerinə düşərdi ki, maraqlı və təkrarolunmaz layihələr müəllifi “Azercell Telekom” BM ötən illərdə də “Milyonların kampaniyası” və “10 il kampaniyası” ilə yay hərarətini daha da şıddətləndirmişdi. Xatırladaq ki, “Milyonların kampaniyası” nın həyata keçirildiyi 12 tiraj ərzində ümumilikdə 2664 Azercell abonenti 22 200 000 manat, “10 il kampaniyası” çərçivəsində isə 10 nəfər “Azercell Telekom” abonentinə 2 otaqlı mənzil, 443 766 abonentə 1 881 260 manat dəyərində konturlar və danışıq vaxtı qazanmaq imkanı yaradıldı!
Bu yay həyata keçirilən “1001 hədiyyə” kampaniyası da möhtəşəm hədiyyələri ilə həyəcanlar yaşadacaq! 1001 kampaniyası 1001 abonentə 1001 qiymətli hədiyyə, 655 070 nəfərə isə bol-bol danışıq vaxtı qazandıracaq.
Azercell Telekom MMC Mətbuat Xidməti |