Jurnalistlər “Azercell Telekom” BM-i Azərbaycanın ən şəffaf şirkəti seçiblərBakı, 06 iyun 2007 Hər zaman kütləvi informasiya vasitələri ilə sıx təmasda olan “Azercell Telekom” BM daim mediaya açıq olmaq və informasiya şəffaflığını təmin etmək prinsiplərinə sadiq qalır. Məhz bunun nəticəsidir ki, Zərdabi Mətbuat Mərkəzinin 1000 jurnalist arasında keçirdiyi sorğunun nəticələrinə əsasən “Azercell Telekom” BM ən şəffaf şirkət seçilərək “Azad İnformasiya Məkanı” mükafatına layiq görülüb.
Zərdabi Mətbuat Mərkəzi Azərbaycanda ilk mənbədən informasiya alınmasıyla baglı vəziyyəti, problemləri və tendensiyaları öyrənmək məqsədilə 2006-2010-cu illəri əhatə edən proqram həyata keçirir. Proqramın tərkib hissəsi olaraq 2006-cı ildəki fəaliyyətlərinə görə dövlət qurumları, birgə müəssisələr və səhmdar cəmiyyətlər, beynəlxalq təşkilatlar və xarici ölkə səfirlikləri arasında ən şəffaf təşkilatlar müəyyən edilib. Sorğuda 1000 jurnalist, redaktor və ekspert iştirak edib. Sorğunun nəticələrinə əsasən dövlət qurumları içərisində Xarici İşlər Nazirliyi, beynəlxalq təşkilatlar arasında ATƏT-in Bakı ofisi, xarici ölkə səfirliklərindən ABŞ səfirliyi, birgə müəssisələr və səhmdar cəmiyyətlər içərisində isə “Azercell Telekom” BM “Azad İnformasiya Məkanı” mükafatına layiq görülüb.
“Hyatt Regency” otelində keçirilən təqdimetmə mərasimində çıxış edən “Azercell Telekom” BM-in baş müdiri A. Halim Ateş bildirib: “Azercell olaraq biz kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurmuşuq. Şirkətimiz KİV-ə açıq olmaq və informasiya şəffaflığını təmin etmək prinsiplərinə sadiq qalmaqda davam edir. Biz hər zaman KİV-lə mövcud olan inamlı əlaqələrimizi qorumaq üçün əlimizdən gələni edirik. Biz həmçinin Azərbaycanda jurnalistikanın səviyyəsini artırmaq üçün işlər görürük. Müstəqil və güclü medianın vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm amil olduğunu nəzərə alaraq, biz Azərbaycanda jurnalistikanın inkişafı üçün bir neçə layihəni həyata keşirilməsinə başlamışıq. Jurnalistlərdən bu mükafatı almağımız bizim doğru yolda olmağımızın göstəricisidr. Azərbaycanda ən şəffaf şirkət olmaq bizim üçün böyük şərəf və məsuliyyətdir. Mən Zərdabi Mətbuat Mərkəzinə və Azərbaycanın bütün jurnalistlərinə bizə verilən bu qiymətə görə təşəkkür edirəm”.
Tədbirdə çıxış edən İctimai Televiziyanın Yayım Şurasının sədri, BDU-nun beynəlxalq Jurnalistika kafedrasının dekanı Cahangir Məmmədli “Azercell”in bu mükafata layiq görülməsinin təsadüfi olmadığını bildirərək qeyd edib: “Azercell”in bu mükafata layiq görülməsi şirkətin hər zaman KİV- lə sıx təmasda olmasının nəticəsidir. “Azercell Telekom” Birgə Müəssisəsi fəaliyyəti dövründə milli mətbuatla daim dostluq və tərəfdaşlıq münasibətlərində olub. “Azercell” fəaliyyəti dövründə milli mətbuatla daim dostluq və tərəfdaşlıq münasibətlərində olub”.
Xatırladaq ki, mətbuatla qarşılıqlı anlaşma şəraitində əməkdaşlığı özünün əsas meyarlarından biri hesab edən şirkət bu il həmçinin özünün internet səhifəsində elektron “Mətbuat otağı” bölümü (http://company.azercell.com/press-room/ ) yaradıb. KİV-lə daha çevik əlaqələrin qurulmasına xidmət edən “Mətbuat otagı” medianın üzünə daim açıqdır. “Mətbuat otağı”nda Azercell-in strukturu və fəaliyyəti ilə yaxından tanış olmaq və lazım olan konkret informasiyanı azərbaycan, rus və ingilis dillərində əldə etmək üçün KİV nümayəndələrinə hər cür imkan yaradılıb.
“Azercell Telekom”BM bundan sonra da mediaya açıq olmaq və informasiya şəffaflığını təmin etmək prinsiplərinə sadiq qalacaq.
Azercell Telekom MMC Mətbuat Xidməti |