Azərbaycan dilindəIn EnglishПо-русски

May ayında yeni 27 stansiya quraşdırıldı!

Bakı, 11 iyun 2007

May ayında həm Bakıda, həm də bölgələrdə əhatə dairəsini yenidən genişləndirən “Azercell Telekom” BM abonentləri üçün əlaqəni daha keyfiyyətli etdi. Şirkət ötən ay paytaxtla yanaşı, ölkəmizin müxtəlif bölgələrində 27 stansiya quraşdırdı. Onlardan 16-sı Bakıda, 2-si Qubada, qalan 9 stansiya isə Ağdaş, Bərdə, Daşkəsən, Dəvəçi, Goranboy, Kürdəmir, Qusar, Şəmkir və Xaçmaz rayonlarının ərazisindədir.

”Azercell Telekom” BM daim əhatə dairəsini genişləndirmək istiqamətində uğurlu fəaliyyət həyata keçirir. Azərbaycanın mobil operatorları arasında lider olan “Azercell” öz abonentlərinə ölkəmizin hər bir nöqtəsində keyfiyyətli rabitə xidməti göstərir və bu keyfiyyəti daima artırmaq üçün öz stansiyalarının sayını durmadan artırır. 2007-ci ilin 5 ayının nəticələri göstərir ki, “Azercell” qarşısına qoyduğu stansiya quraşdırma strategiyasını uğurla həyata keçirməkdədir.

Belə ki, “Azercell Telekom” BM bu il may ayının sonuna kimi 2 rezervləşdirilmiş аbonent bazası, 13 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi və 1183 stansiya quraşdırıb.

Mobil operator bundan sonra da stansiyalarının sayını artırmaqda davam edəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr