Azərbaycan dilindəIn EnglishПо-русски

Əhali arasinda keçirilən sorğunun nəticələrinə əsasən “Azercell Telekom” BM ilin xeyriyyəçi şirkəti seçilib

Bakı, 20 iyun 2007

Fəaliyyət göstərdiyi 11 il ərzində “Azercell Telekom” Birgə Müəssisəsi abonentlərinə keyfiyyətli rabitə xidməti göstərməklə yanaşı cəmiyyətin bütün təbəqələrinin sosial inkişafına dəstək məqsədilə çoxlu layihələr həyata keçirir. Məhz bu fəaliyyətin nəticəsi olaraq “Azercell Telekom” Uşaq Hüquqları üzrə QHT Alyansının (qeyri-hökumət təşkilatları) “İlin xeyriyyəçi şirkəti” mükafatına layiq görülüb.

Uşaq Hüquqları üzrə QHT Alyansı ötən ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Heç bir uşağı nəzərdən qaçırmayaq” adlı kampaniya həyata keçirir. Kampaniya çərçivəsində uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində öz fəaliyyəti ilə seçilmiş qurum və şəxslər mükafatlandırılır. Mükafatın təsis edilməsində əsas məqsəd uşaqlar üçün və uşaqlarla işləyən təşkilatların işini qiymətləndirməkdən, həmçinin cəmiyyətin diqqətini də bu məsələyə yönəltməkdən ibarətdir.

İyunun 15-də M.Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən təqdimetmə mərasimində həmin mükafatın sahiblərinin adları açıqlandı. Yeddi bənd üzrə əhali arasında aparılan sorğular nəticəsində “Azercell Telekom”un növbəti dəfə “İlin xeyriyyəçi şirkəti” nominasiyası üzrə qalib çıxdığı bəlli oldu. “Azercell Telekom” BM adına mükafatı qəbul edən şirkətin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət rəhbəri Kamilə İsayeva bildirdi ki, “Azercell Telekom” BM fəaliyyətə başladığı ilk gündən uşaqların qayğısına qalır və bunu önəmli bir missiya kimi qəbul edir: “Azercell” olaraq biz daim gələcəyimiz və dəyərlərimizdən ən önəmlisi olan uşaqların qayğısını qalmağı özümüzə borc bilirik. Biz cəmiyyətimiz qarşısında sosial məsuliyyətimizi dərk edirik və bu istiqamətdə çoxlu sayda layihələr həyata keçiririk. Gələcəkdə də biz bu şərəfli missiyamızı davam etdirəcəyik”.

Mükafatın bu ilki sahiblərini müəyyən etmək üçün Təşkilat Komitəsi may ayında respublikanın 5 iri şəhər və rayonlarında geniş sorğu keçirib. Məhz sorğuların nəticəsində yeddi nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Bu il uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində «Ilin dövlət qurumu» kimi – Daxili İşlər Nazirliyi, «Ilin QHT-si» –“Ümid yeri” təşkilatı, «Ilin beynəlxalq təşkilatı» –UNICEF seçilib.

Qeyd edək ki, “Azercell Telekom” 2006-cı ildə də uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli Ictimai Mükafatının sahibi olmuşdu.

Fəaliyyət dövrü ərzində “Azercell Telekom” BM daim uşaqları diqqət mərkəzində saxlayır, onların heç birini nəzərdən qaçırmamağa çalışır. Şirkətin uşaqların inkişafına yönəlmiş çoxsaylı layihələri buna sübutdur. Xatırladaq ki, xeyriyyəçilik fəaliyyətinə görə “Azercell Telekom” bu il daha bir mükafata – “Caspian Energy İntegration Award” beynəlxalq mükafatına da layiq görülüb.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr