Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell Telekom” BM-in yeni korporativ brendi – “Bizi Birləşdirən Dəyər”

Bakı, 28 iyun 2007

Hər bir insanın özünəməxsus dəyər anlayışı var. İnsanlar müxtəlif olduğu kimi onların dəyərləndirdiyi amillər də rəngarəngdir. Bu gündən etibarən öz fəaliyyətində yeni bir mərhələyə başlayan “Azercell Telekom” BM hər kəsi həmin dəyərlər ətrafında birləşdirmək qərarına gəlib. Yeni dövrdə müəssisənin hədəfi - Azərbaycanın qürur duyacağı şirkət olmaqdan ibarətdir. “Azercell” bu hədəfə doğru “Bizi Birləşdirən Dəyər” şüarı altında addımlayacaq.

İyunun 28-də “Hyatt Regency” mehmanxanasında “Azercell Telekom” Birgə Müəssisəsinin yeni Korporativ Brendinin təqdimat mərasimini giriş sözü ilə açan şirkətin baş müdiri A.Halim Atəş “Azercell”in baş vurduğu yeni era haqqında məlumat verdi. Cənab A. Halim Ateşin sözlərinə görə, “Azercell” birlikdə olmağın gücünə və önəminə inanaraq öz fəaliyyəti ilə hər kəsi bir araya gətirmək istəyir: “Uğurlarla dolu 10 ilimizi birlikdə keçirdik və indi ölkəmizi daha irəli aparmaq üçün yolumuza davam edirik. “Azercell” olaraq ölkənin qeyri-neft sektorunun ən böyük şirkətlərindən biri olmaqla yanaşı biz həmçinin Azərbaycanın ən etibarlı şirkətiyik. Azərbaycana və azərbaycanlılara daha çox xidmət göstərmək üçün vizionumuzu və uğur prinsipimizi yenilədik. Bu gündən etibarən “Azercell’i bütün Azərbaycanı birləşdirən bir şirkət olaraq görməyinizi istəyirik. “Azercell” bizi doğum günlərimizdə və müqəddəs bayramlarımızda, dünya ilə və yaxınlarımızla, texnologiyada, ölkəmizin dörd bir yanında, bütün dünyada hər zaman birləşdirməkdədir”.

Daha sonra “Azercell Telekom” BM-in yeni imic filminin nümayişi oldu.

“Azercell Telekom”un Korporativ Ünsiyyət və Sosial Məsuliyyət rəhbəri Kamilə İsayeva öz çıxışında bildirdi ki, cəmiyyətimizi irəliyə aparmaqda olan şirkət həmişə Azərbaycanın təməl dəyərlərinə hörmətlə yanaşıb, onların qorunmasına çalışıb: “İndi isə qurumun hədəfi ölkə üçün yeni dəyərlər yaratmaqdır. Lakin bütün nailiyyətlərini daim hər kəslə paylaşan “Azercell” yaradılan yeni dəyərləri də ictimaiyyətlə bölüşməkdə qərarlıdır”.

“Bizi Birləşdirən Dəyər” şüarı altında “Azercell” ilk olaraq mətbuatla əlaqədar yeni layihə həyata keçirmək niyyətindədir. Bu məqsədlə şirkət Azərbaycanda ilk dəfə olaraq “Bizi Birləşdirən Dəyər” mövzusunda Yazı Müsabiqəsi elan edir. Müsabiqənin əsas məqsədi jurnalistlərin dəyər hesab etdikləri anlayışlar haqqında maraqlı yazılar hazırlayıb, bu dəyərləri oxucularla paylaşmaqlarını təmin etməkdən ibarətdir.

Müsabiqədə İyulun 1-dən noyabrın 1-nə kimi Azərbaycan və rus dillərində “Bizi Birləşdirən Dəyər” mövzusunda dərc olunan yazı müəllifləri iştirak edə bilərlər. Yazılar dörd nominasiya:

  • “Bizi Birləşdirən Dəyər” mövzusunda ən yaxşı reportaj;
  • “Bizi Birləşdirən Dəyər” mövzusunda ən yaxşı jurnalist tədqiqatı
  • “Bizi Birləşdirən Dəyər” mövzusunda ən yaxşı publistik məqalə
  • “Bizi Birləşdirən Dəyər” mövzusunda ən yaxşı foto illüstrasiya

üzrə mükafatlandırılacaq. Hər nominasiyanın üç qalibi müəyyənləşdiriləcək. Hər nominasiya üzrə birinci yer tutana DATA kartlı NoteBook, ikinci yerin sahibinə masa üstü kompüter; üçüncü yerin sahiblərinə isə 3G texnologiyasını dəstəkləyən mobil telefon hədiyyə ediləcək.

Müsabiqənin qaliblərini Azərbaycan mətbuatının ən nüfuzlu nümayəndələri seçəcəklər:

  • Azad Şərif – Azərbaycanın Əməkdar Jurnalisti
  • Ramiz Əsgər – Azərbaycan Jurnalistlər Birliyinin baş katibi
  • Zeynal Məmmədli – Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin müəllimi
  • Əflatun Amaşov – Mətbuat Şurasının Sədri
  • Cahangir Məmmədli - Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının sədri
  • Akif Rüstəmov- Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin keçmiş dekanı, kafedra dosenti
  • İbrahim Məmmədli – Zərdabi Mətbuat Mərkəzinin Rəhbəri

“Bizi Birləşdirən Dəyər” mövzusunda yazı müsabiqəsi haqqında ətraflı məlumatı və qaydaları mətbuatda dərc olunacaq elanlar və www.azercell.com internet səhifəsindən əldə etmək olar. “Azercell” hər bir jurnalisti bu müsabiqədə iştirak edərək öz dəyərlərini paylaşmağa çağırır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr