Azərbaycan dilindəIn EnglishПо-русски

Iyun ayında 18 yeni stansiya quraşdırıldi!

Bakı, 13 iyul 2007

Əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini daim artırmaq ”Azercell Telekom” BM-in fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Keyfiyyətli rabitəni təmin etmək məqsədilə ”Azercell” daima Azərbaycanın bütün ərazisində yeni radio-baza stansiyaları quraşdırır. Bu baxımdan, iyun ayının yekunlarını da təqdirəlayiq hesab etmək olar. Çünki ötən ay “Azercell Telekom” BM 18 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Onlardan 12-si Bakı şəhərinin, 2-si isə Qəbələ rayonunun ərazisindədir. Yerdə qalan 4 stansiya Lənkəran, Sabirabad, Şəki və Şəmkirdə yerləşir.

Xatırladaq ki, bütövlükdə “Azercell Telekom” BM bu ilin iyun ayının sonuna 2 rezervləşdirilmiş аbonent bazası, 13 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi və 1195 stansiya quraşdırıb. Stansiyaların sayının artması “Azercell” abonentlərinə ölkəmizin istənilən guşəsində bu operatorun xidmətlərindən daha keyfiyyətli surətdə yararlanmağa imkan verir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr