Bakı, 21 noyabr 2007

Sərginin baş sponsoru “Azercell Telekom” BM yenə də ən son yenilikləri təqdim edir

Hər il Azərbaycanda keçirilən “BakuTel” sərgisində dünyanın ən məşhur şirkətləri texnologiyanın son nailiyyətlərini nümayiş etdirirlər. Bu il də bu ənənə pozulmayacaq. Noyabrın 21-24-də Heydər Əliyev adına İdman Sərgi Kompleksində “BakuTel-2007” 13-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi keçiriləcək.

“BakuTel” sərgisində “Azercell Telekom”BM-in böyük stendinin əsas fəlsəfəsi şirkətin yeni Korporativ Brendi – “Bizi Birləşdirən Dəyər” və ən son texnologiyaların təqdimatından ibarətdir. “BakuTel”in ənənəvi iştirakçısı olan “Azercell”-in bu ilki stendi özündə yeni məna konfiqurasiyası daşıyır. Burada əsas vurğu “Azercell”-in cəmiyyətimizi birləşdirən dəyər olması və şirkətin dünyada olan ən son texnologiyaları Azərbaycana gətirmə ənənəsi ilə bağlıdır.

Böyük ərazini əhatə edən stenddə üçüncü nəsil mobil rabitə texnologiyası olan 3G-nin demo nümayişi olacaq. Ziyarətçilər “Azercell”in təqdim etdiyi yeniliklərlə, texnologiyanın son nailiyyətləri olan Mobil TV, VideoZəng və HSDPA adlanan üçüncü nəsil mobil internetin üstünlükləri ilə canlı şəkildə tanış olmaq imkanı qazanacaqlar. Yəni, maraqlananlar bu texnologiyaları elə sərgidəcə sınaya biləcəklər.

“Azercell Telekom” sərginin həm iştirakçısı, həm də baş sponsoru olmaqla Azərbaycanda texnologiyanın inkişafına dəstək verir, həmçinin İKT sektorundakı problemlərin müzakirəsinə imkan yaradır.

Azərbaycanda mobil operatorlar arasında ilk dəfə “Azercell Telekom”un tətbiq etdiyi MMS xidməti, Simurq xidməti, EDGE və digər texnologiyaları məhz əvvəlki illərdə keçirilmiş “BakuTel” sərgilərində nümayiş etdirilmişdi.

Sərgi çərçivəsində Azərbaycanda telefon xəttinin çəkilməsinin 125 illiyinə həsr olunmuş beynəlxalq konfrans da baş tutacaq. Konfransda sərginin üstünlükləri barədə məlumat veriləcək, ölkə iqtisadiyyatında İKT sektorunun rolundan danışılacaq. Konfransda çıxış edəcək “Azercell Telekom” BM-in baş müdiri Halim Ateş Bakıya gəlmiş xarici ölkələrin rabitə nazirlərinə, beynəlxalq İKT şirkətlərinin rəhbərlərinə Azərbaycanın İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsindəki vəziyyət, ölkənin biznes mühitinin üstünlükləri və burada çalışmağın lazımlılığı mövzusunda məlumat verəcək.

Xatirladaq ki, “Azercell Telekom” Birgə Müəssisəsihəm sərginin, həm də “BakuTel-2007” çərçivəsində keçiriləcək “Regional İnnovasiya Zonası: problemlər və həllər” mövzusunda Beynəlxalq Konfransının baş sponsorudur.

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: