SMS və MMS-lər cəmi 7 kontura!Bakı, 25 yanvar 2008 “Maksimum” proqramında yeni kampaniya başlayır
“Azercell Telekom” BM-nin abonentləri üçün yaratdığı “Maksimum” imkanlardan yararlanmaq istəyənləri daha bir sürpriz gözləyir. Belə ki, yanvarın 25-dən etibarən “Maksimum” proqramı çərçivəsində yeni kampaniyaya start verilir. Kampaniya zamanı “Maksimum” proqramı istifadəçiləri göndərdikləri hər SMS-ə və MMS-ə görə cəmi 7 kontur ödəyəcəklər. Lakin bu qiymət yalnız “Azercell Telekom” BM-in şəbəkəsinə aid nömrələr arasında göndərilən SMS və MMS-lərə tətbiq olunacaq.
“Maksimum” çərçivəsində yeni kampaniya bu il aprelin 15-dək davam edəcək. Həmin kampaniyadan “SimSim”, “GəncSim” və “BizdənBizə” abonentləri yararlana biləcəklər.
Xatırladaq ki, “Maksimum” proqramına üzv olan abonentlərin balansına pulsuz 77 SMS və 77 MMS əlavə edilmişdi. Onlar 2007-ci ilin sonuna qədər öz aralarında 3 saniyə=1 kontur tarifi ilə danışmaq imkanı qazanmışdılar. Bundan əlavə, “Maksimum” üzvləri əlavə konturlar da əldə etmişdilər.
“Azercell Telekom” BM “Maksimum” üzvləri üçün sərfəli və fərqli kampaniyaları davam etdirməyi planlaşdırır. Bu proqrama üzv olmaqla abonentlər bundan sonra da müxtəlif növ güzəştlər əldə edə biləcəklər. |