Azərbaycan dilindəIn EnglishПо-русски

“Maksimum”dan pulsuz kino seyri!

Bakı, 30 yanvar 2008

“Azərbaycan” kinoteatrında bir bilet alan, ikincisini pulsuz qazanacaq

Abonentlərinə “Maksimum” güzəşt imkanı yaradan “Azercell Telekom” BM-dən xoş yeniliklər silsiləsi davam edir. Bu dəfə şirkət kino sevər abonentləri üçün maraqlı kampaniya hazırlayıb. Belə ki, “Maksimum” proqramının istifadəçisi olan “Azercell Telekom” abonentləri yanvarın 29-dan etibarən “Azərbaycan” kinoteatrında günorta seansında nümayiş olunan filmə bir bilet almaqla, ikincisini pulsuz əldə edə bilər. Bunun üçün abonent, sadəcə olaraq, seans günü bilet satılan kassaya özünün 10 rəqəmli şifrəsini təqdim etməlidir. Kampaniya yalnız saat 13:00-da nümayiş etdirilən filmlərə aiddir. Beləliklə, maksimum sayda “Azercell” abonenti pulsuz olaraq kino filmləri seyr etmək imkanı qazanacaq. Kampaniya bu il aprelin 15-dək davam edəcək.

Əgər proqram iştirakçısı öz şifrəsini unudubsa, onu yenidən əldə edə bilər. Bu məqsədlə “Maksimum” sözünü 7777 qısa nömrəsinə göndərmək lazımdır. Şifrə SMS vasitəsilə abonentin nömrəsinə göndəriləcək.

“Maksimum” proqramının üzvlərinə xoş seyrlər arzulayırıq!


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr