Azərbaycan dilindəIn EnglishПо-русски

Dəyərimizə dəyər qatanların sayı - 3.000.000 çatdı!

Bakı, 13 mart 2008

13 Mart, 2008. Azərbaycanın daim böyüyən “Azercell” ailəsinin üzvlərinin sayı yenə artıb. Artıq “Azercell Telekom” şirkətinin abonentlərinin sayı 3.000.000-u (üç milyonu) keçib! Ölkəmizdə 3 milyon insanın operatorlar arasında məhz “Azercell”-ə üstünlük verməsi şirkətin bu vaxtadək gördüyü işlərin lazımınca qiymətləndirildiyini, onların “Azercell”-ə etibar etdiyini göstərir. Bu etimada və fəth etdikləri zirvəyə görə, “Azercell” daim öz abonentlərinə - ailə üzvlərinə minnətdardır. Uğura aparan yola “Əsas insana dəyər verməkdir!” deməklə başlayan şirkət sadəcə öz uğuru ilə qürur duymaqla kifayətlənmir, daim öz abonentləri ilə də qürur duyur.

2006-cı ildə “Azercell” abonentlərinin sayının 2 milyon nəfərə, 2007-ci ilin sonunda isə 3 milyon nəfərə çatması şirkət abonent bazasının dinamik templərlə artmasının göstəricisidir.

Azercell” olaraq əminik ki, ailə üzvlərimizin sayı getdikcə daha da artacaq. Çünki daim yenilənən, texnologiyanın son nailiyyətlərini ilk olaraq tətbiq edən şirkət kimi gələcəkdə də abonentlərimizə keyfiyyətli və fərqli rabitə təklif edəcəyik. İndiyə qədər qazandığımız uğurlarla kifayətlənmək niyyətində deyilik. Daim irəliyə getmək, abonentlərimizə dünyanın ən qabaqcıl texnologiyalarını təqdim etmək başlıca amalımızdır. Buna görə bizə etimad edən abonentlərimizin sayının daim çoxalacağına əminik”- deyə 3 milyonuncu abonentin mükafatlandırılması mərasimində çıxış edən “Azercell Telekom” -un baş müdiri A. Halim Ateş bildirdi.

“Azercell Telekom” 3 milyonuncu abonenti olan Rafael Qərib oğlu Qurbanov Toyota RAV 4 markalı avtomobili hədiyyə etdi. Onu da xatırladaq ki, “Azercell” abonentlərinin sayının 1 milyona çatmasını 2004-cü ildə qeyd etmişdi.

Tədbirdən görüntülər


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr