“Hava Limanı Ərazisində Eksklyuziv endirim zonası” kampaniyasıBakı, 19 mart 2008 “Azercell Telekom” şirkəti növbəti bir ilkə imza ataraq Azərbaycanda ilk dəfə olaraq “Hava Limanı Ərazisində Eksklyuziv endirim zonası” kampaniyasını həyata keçirir. Bu kampaniya dövründə bütün “Azercell” abonentləri ölkədaxili tariflərlə dünyanın istənilən istiqamətində zənglər etmək imkanı əldə edir.
“Hava Limanı Ərazisində Eksklyuziv endirim zonası” kampaniyası dövründə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində (AEROP1,AEROP2,AEROP3,ARIND1 radio-baza stansiyaları ərazisində) istənilən “Azercell” abonentinin mənsub olduğu tarif paketi üzrə ölkədaxili yerli tarifə uyğun olaraq istənilən ölkəyə zəng edə bilər. Bu kampaniyanın əsas məqsədi Azərbaycanın hava məkanından giriş-çıxışı olan limanının ərazisində “Azercell” abonentlərinə daha rahat və intensiv ünsiyyətdə olması üçün sərfəli şərait yaratmaqdır
Martın 19-dan başlayan “Hava Limanı Ərazisində Eksklyuziv endirim zonası” kampaniyası iyunun 30-na qədər davam edəcək. Kampaniya müddətində hava limanından “Azercell” abonentinin etdiyi zəng (peyk operatorları xaric) onun tarif paketinə uyğun, adi ölkədaxili – şəbəkə xarici zəng kimi qiymətləndiriləcək. Abonentin bu endirimi əldə etməsi üçün zəngin aeroport ərazisindən edilməsi vacibdir.
Bu endirim kampaniyası “Azercell” abonentlərinə dünyanın istənilən nöqtəsinə yerli tariflərlə danışmağa imkan yaratmaqla yanaşı, onun səfər etdiyi xarici ölkədə gözləyənlərlə və ya Azərbaycana qayıdan zaman onu yola salanlarla daha intensiv əlaqə yaratmağa imkan verəcək.
Azercell Telekom MMC Mətbuat Xidməti |