“Azercell Telekom” MMC Azərbaycanin telekommunıkasya sektoru ilə yanaşı qeyri-neft sektorunun lideri kimi də mükafatlandırıldıBakı, 07 aprel 2008 Milyonlarla insanı öz ətrafında birləşdirən “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti öz uğurları silsiləsinə daha ikisini əlavə etdi. Bu dəfə şirkət iki “Caspian Energy İntegration Award-2008” beynəlxalq mükafatına layiq görüldü.
“Caspian Energy İntegration Award” mükafatı müxtəlif ölkələrin şirkətlərini öz ətrafında birləşdirən Xəzər İnteqrasiya İşgüzar Klubu (CIBC) tərəfindən təsis edilib. Ötən illərdə olduğu kimi, bu dəfə də mükafatın sahibləri 7 mindən çox respondent arasında keçirilən sorğu nəticəsində müəyyənləşib. Bu haqda mükafatın təqdimat mərasimində Klubun prezidenti Telman Əliyev məlumat verdi. Onun dediyinə görə, sorğuda Xəzər-Qaradəniz hövzəsi, Baltikyanı region daxil olmaqla dünyanın 32 ölkəsində 1500 şirkətin menecerləri iştirak ediblər. Respondentlər müxtəlif nominasiyalar üzrə iqtisadiyyat sahəsində uğur qazanan şirkətlərin adlarını çəkiblər.
Sorğunun nəticələrinə görə bu il “Azercell Telekom” iki müxtəlif nominasiyada - “İlin telekommunikasiya şirkəti” və “Qeyri-neft sektorunun lideri” nominasiyasında qalib gəlib. Beynəlxalq Ticarət Mərkəzində baş tutan təntənəli təqdimat mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Halim Ateş iki dəfə səhnəyə dəvət olundu. “Qeyri-neft sektorunun lideri” mükafatını Halim Ateşə təqdim edən ABŞ-ın ölkəmizdəki səfiri Ənn Dörsi “Azercell”in 10 ildən artıq fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirdi: “Ümid edirik ki, gələcəkdə də bu gözəl işi davam etdirəcəksiniz”. İki nominasiyanın qalibi çıxan “Azercell Telekom”u Rabitə və İnformasiya Texnologiyaları Nazirini müavini Elmir Vəlizadə də təbrik etdi. Cənab Halim Ateş isə həm “Azercell” ailəsinin, həm də şirkətin 3 milyondan çox abonenti adından onlara göstərilən etimada görə təşəkkürünü bildirdi.
Ötən illərdə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, prezident İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan müxtəlif nominasiyalar üzrə bu mükafatla təltif ediliblər. Qeyd edək ki, hazırda “Azercell Telekom” MMC Xəzər İnteqrasiya İşgüzar Klubunun qızıl tərəfdaşıdır. Azercell Telekom MMC Mətbuat Xidməti |