Azərbaycan dilindəIn EnglishПо-русски

Yeni “1005Cell” xidməti istifadəyə verildi

Bakı, 16 aprel 2008

Sayı üç milyonu aşan abonentlərinə daim müxtəlif xidmətlər təklif edən “Azercell Telekom” MMC növbəti yenilik tətbiq edir. Aprelin 15-dən etibarən SimSim üçün yeni “1005CELL” xidməti istifadəyə verilib. Bu yenilik vasitəsilə abonentlər öz tarif planları haqqında bilgiləri dərhal əldə edə biləcəklər. “1005CELL” xidmətindən istifadə etməklə abonentlər aid olduqları tarif planı, “GizlətCELL+” və “ZəngimCELL” xidmətlərinin aktiv olub-olmaması haqqında istənilən an məlumat ala biləcəklər. Yeni xidmətin köməyi ilə həmçinin “Dost-Tanış” haqqında da informasiya almaq mümkündür.

Bu xidmətdən istifadə etmək üçün abonentlər 1005 qısa nömrəsinə boş mətnli qısa mesaj göndərməlidirlər. Mesajın cavabında onlar istədikləri məlumatı ala biləcəklər. Qeyd edək ki, “1005CELL” xidmətindən istifadə edərkən bir qısa mesaj göndərməyə 5 kontur sərf olunur.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr