"Azercell"dən abonentlərinə yeni güzəştlər Bakı, 23 aprel 2008 "Azercell Telekom" MMC abonentləri üçün növbəti müjdəni hazırlayıb. "Azercell"in "SimSim" abonentləri üçün iki növ güzəşt tətbiq edilir. İlk güzəşt "BizdənBizə" tarif paketinin istifadəçiləri üçün nəzərdə tutulub. İndiyədək "Bizdən Bizə" abonentləri pik saatlarında (08.00-00.00) istənilən "Azercell" nömrəsinə zəng edərkən 3 saniyə əvəzinə 2 kontur odəyirdilər. Lakin bundan sonra "BizdənBizə" abonentləri pik saatlarda daha güzəştli şərtlərlə danışacaqlar. Onlar 2 saniyə üçün 1 kontur ödəyəcəklər. Abonent 1 dəqiqə danışıq üçün əvvəlki kimi 40 kontur yox, 30 kontur ödəyəcək. Xatırladaq ki, "Bizdən Bizə" tarif paketinə qoşulmaq istəyən "SimSim" abonentləri "BizdenBize" sözünü yazıb 7575 qısa nömrəsinə mesaj göndərməlidir.
İkinci güzəşt isə "Azercell" fakturasız xətt abonentlərinin hamısını əhatə edir. Bundan sonra bütün "SimSim", "BizdənBizə" "GəncSim" abonentləri seçdikləri "Dost-Tanış" nömrələrinə etdikləri zəngin 2 saniyəsinə görə 1 kontur deyil, 3 saniyəsinə görə 1 kontur ödəyəcəklər. Bu endirimin tətbiqi sayəsində əvvəllər 1 dəqiqəlik danışığa görə 30 kontur ödəyən abonentlərdən indi cəmi 20 kontur silinəcək. Qeyd edək ki, “Dost-tanış” nömrəsini seçmək üçün istədiyiniz nömrəni operator kodu ilə birgə yazıb qısa mesajla 8080 nömrəsinə göndərmək kifayətdir.
"Azercell"in yeni güzəştlərindən istifadə edərək daha çox danış, daha az ödə!
Azercell Telekom MMC Mətbuat Xidməti |