Azərbaycan dilindəIn EnglishПо-русски

“MobilBank” istifadəçilərinin sayi artir

Bakı, 13 may 2008

İndi “AGBank”-ın müştəriləri də bu xidmətdən istifadə edəcəklər

Daima abonentlərinə yeni və sərfəli xidmətlər təklif edən “Azercell Telekom” MMC-nin bir müddət bundan əvvəl istifadəyə verdiyi və Azərbaycanda analoqu olmayan "MobilBank" xidmətindən artıq “AGBank”-ın müştəriləri də yararlana biləcəklər. Bu xidmət növü abonentlərə vaxta qənaət etməyə imkan verməklə bərabər, həftənin 7 günü 24 saat ərzində ölkə hüdudlarından kənarda olduqda belə bank hesablarının vəziyyəti, son əməliyyatlar barədə məlumat, hesablarında olan vəsaitlərin hərəkəti zamanı (mədaxil və ya məxaric) bu barədə məlumat almaq, istənilən zaman mobil telefon xərclərini və elektrik enerjisi haqqını birbaşa telefonlarından ödəmə imkanı yaradır. “MobilBank” xidmətinə izn xüsusi məxfi şifrə (PIN) vasitəsilə mühafizə olunur (şifrə müştəri tərəfindən təyin edilir).

“AGBank”-ın kart sahibləri olan abonentlər "MobilBank" xidmətinə qoşulmaq üçün "Azercell Telekom" MMC-nin Müştəri Xidmətlərinə müraciət etməlidir. Müştəri Xidmətlərində abonent yeni xüsusi SİM kartla təmin ediləcək. Bundan sonra kart sahibi xidmət olunduğu bankın müştəri xidməti strukturuna müraciət edərək, “MobilBank” xidmətinə qoşulmaq barədə Ərizə formasını və xidmətə qoşulma Qaydalarını əldə etməlidir. Ərizə qəbul olunduqdan sonra 2 (iki) iş günü ərzində abonent müvafiq informasiya sisteminə daxil edilir və xidmətə qoşulur. Abonent xidmətə qoşulduqdan sonra onun mobil telefonuna SMS şəklində avtomatik olaraq qoşulma haqqında bildiriş göndərilir və başlanğıc menyusu yüklənilir.

"MobilBank" xidmətindən istifadə haqqı 7112 nömrəsindən göndərilən hər bir SMS üzrə Fakturalı xətt abonentləri üçün 10 qəpik, Fakturasız xətt abonentləri üçünsə 22 (iyirmi iki) kontur səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, “MobilBank” xidmətindən Beynəlxalq Bankın və Respublika Bankının müştəriləri də istifadə edirlər.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr