Sadəcə etdiyimiz işə deyil, yaşadığımız cəmiyyətə də cavabdehik!Bakı, 19 may 2008 “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə Azərbaycanda Korporativ Sosial Məsuliyyətin inkişaf etdirilməsinə həsr olunmuş ilk “Gələcəyə Sərmayə” adlı konfrans keçiriləcək
Bakıda 20-21 may tarixlərində Azərbaycanda Korporativ sosial məsuliyyətin inkişafına həsr olunmuş ilk “Gələcəyə sərmayə” adlı konfrans keçiriləcək. “Park Inn” otelində baş tutacaq bu tədbir “Azercell Telekom” MMC, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının və UNİCEF-in təşkilatçılığı ilə reallaşacaq. İqtisadi İnkişaf Nazirliyinin də dəstək verdiyi bu toplantıda həmçinin ölkəmizdə fəaliyyət göstərən iri şirkət rəhbərlərinin, QHT nümayəndələrinin, beynəlxalq ekspertlərin, diplomatik korpusların nümayəndələrinin və jurnalistlərin iştirakı da gözlənilir.
Konfransın açılışında “Azercell Telekom”un vitse-prezidenti cənab Ali Ağan, UNİCEF-in Azərbaycandakı rəhbəri Hanaa Singer, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə koordinatoru Skot Teylor(USAID/Azerbaijan) və “Azpromo” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidov çıxış edəcəklər. İki gün davam edəcək tədbirdə Korporativ Sosial Məsuliyyətə həsr olunmuş müxtəlif mövzular müzakirəyə çıxarılacaq. Sosial problemlərin həllində biznesin rolu, uşaq əməyinin ləğvində işə götürənlərin məsuliyyəti, korporativ sosial məsuliyyətin inkişafında medianın fəaliyyəti, bu sahədə korrupsiya ilə mübarizədə biznesin rolu və s. mövzular ətrafında məruzələr dinləniləcək. “Azercell Telekom” MMC-nin vitse-prezidenti Ali Ağan cəmiyyətin rifahının yaxşılaşdırılmasında korporativ sosial məsuliyyətin daşıdığı önəmdən bəhs edəcək. Xarici qonaqlar və beynəlxalq ekspertlər isə konfrans iştirakçılarına inkişaf etmiş ölkələrdə bu sahədəki vəziyyətlə tanış edəcəklər.
Qeyd etmək yerinə düşərdi ki, “Azercell Telekom” fəaliyyətə başladığı ilk gündən sosial məsuliyyət faktoruna ciddi önəm verib. Könüllü sosial investisiya qoyuluşlarını həyata keçirən şirkət indiyə kimi Azərbaycanda sоsial prоqramların həyata kеçirilməsi üçün maliyyə, maddi, tехniki, idarəçilik və s. rеsursların qоyuluşunu həyata keçirib. Bu istiqamətdə “Azercell”in öz proqramları ilə yanaşı, yеrli və mərkəzi dövlət оrqanları ilə əməkdaşlıq prоqramlarını, həmçinin qеyri-hökumət təşkilatları və ictimai birliklərlə qurulduğu tərafdaşlığı və KIV-lə infоrmasiya əməkdaşlığı prоqramlarının həyata kеçirilməsini vurğulamaq olar. Daim sosial məsuliyyətə dəyər verən “Azercell Telekom” Azərbaycanın inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması naminə müxtəlif layihələr həyata keçirib. Şirkət bu proqramlara son 11 ildə 9 milyon manata yaxın maliyyə vəsaiti sərf edib. Bu layihələr sırasında uşaqların və gənclərin, təhsilin, incəsənətin, idmanın inkişafına yönəlmiş tədbirlərin keçirilməsini, sosial yardıma ehtiyacı olan təbəqələrin dəstəklənməsini, elmin maddi-texniki təchizatının inkişafında və mədəni irsimizin qorunmasına yönəlmiş konfransların və sərgilərin təşkilini, gənclərin işlə təmin olunması üçün “Karyera günləri”nin keçirilməsini qeyd etmək olar.
“Azercell Telekom” MMC əməkdaşlarının peşəkar inkişafına yatırdığı sərmayəyə görə MDB ölkələri arasında İnsan Qaynaqlarına Sərmayə Yatırımı üzrə Beynəlxalq Standart Sertifikatına (IIP) layiq görülən ilk şirkətlərdən biridir.
“Azercell Telekom”un ən iri layihələrindən biri olan “Ümid Yeri” küçə uşaqları üçün reabilitasiya mərkəzi və xeyriyyə cəmiyyətinin yaradılmasıdır ki, 10 ildən artıq müddət ərzində fəaliyyət göstərən bu təşkilat 900-ə yaxın uşağın normal həyata qayıtmasını təmin edib. Fəaliyyəti dövründə “Azercell Telekom” media ilə əməkdaşlığa, jurnalistikanın peşəkar inkişafına da xüsusi diqqət verib.
“Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir” prinsipini əsas tutaraq, “Azercell Telekom” MMC bütün biznes və dövlət qurumlarını, qeyri hökümət təşkiatlarını Sosial Məsuliyyətə bağlı vəzifələrin dərk edilməsi və reallaşdırılması istiqamətində fəallığa çağırır və bu istiqamətdə öz fəaliyyətini daim davam etdirmək niyyətindədir. Azercell Telekom MMC Mətbuat Xidməti |