Azərbaycan dilindəIn EnglishПо-русски

“Fintur Holdings B.V.” liderliyini gücləndirir

Bakı, 21 may 2008

Cənab Halim Ateş “Fintur Holdings B.V.” şirkətinin Əməliyyatlar üzrə Baş Müdiri təyin olunub

Cənab Halim Ateş “TeliaSonera” və “Turkcell” şirkətlərinin birgə müəssisəsi olan “Fintur Holdings B.V.” şirkətinin Əməliyyatlar üzrə Baş Müdiri təyin olunub.

Türkiyənin İstanbul şəhərində yerləşən yeni vəzifəsində, Halim Ateş “Fintur Holdings B.V.”-nin tabeçiliyində olan şirkətlərin bütün gündəlik kommersiya fəaliyyətinin idarəetməsinə məsul olacaq. O, “TeliaSonera”-nın Avrasiya Biznes Sahəsinin Prezidenti, “Fintur Holding”-in Baş İcraçı Direktoru və İdarə Heyətinin sədri Cənab Tero Kivisaariyə məruzə edəcək.

Yeni təyinatla yanaşı, Halim Ateş eyni zamanda “Azercell Telecom” MMC –də 2006-cı il aprel ayından çalışdığı Prezident vəzifəsini də icra edəcək.

Qeyd edək ki, Halim Ateş 1998-2002-ci illərdə “Türkcell”-in və 2002-ci ildə “Fintur Holdings B.V.”-nin İnsan Resursları Şöbəsində çalışıb, 2004-2006-cı illər ərzində isə “Fintur Holdings”-in Moldovadakı “Moldcell SA” rabitə operatorunun Baş Direktoru postunda çalışıb.

“Biz Halim Ateşlə artıq uzun illərdir ki, birlikdə işləyirik. O, bütün sahələrdə uğur əldə edib. Onun “Azercell” şirkətinə rəhbərlik etdiyi müddətdə, bu şirkət ölkədəki liderliyini və 70%-dən artıq bazar payını qoruyub saxladı. Mən Halim Ateşi yenidən İstanbulda salamlayacağımdan çox məmnunam. Onun regiona bələdliyi və güclü liderlik bacarığı bizə Avrasiyanın lider kommunikasiya xidmətləri göstərən şirkəti olmaq vizyonumuza çatmaqda çox kömək edəcək”, -deyə Tero Kivisaari bildirib.

“Fintur Holdings B.V.” “TeliaSonera AB” və “Turkcell İletisim Hizmetleri AS” şirkətlərinin birgə müəssisəsidir. O Avrasiyanın inkişaf etməkdə olan ölkələrində - Azərbaycan (“Azercell”), Qazaxıstan (“K’Cell”), Gürcüstan (“Geocell”) və Moldovada (“Moldcell”) öz törəmə müəssisələri vasitəsi ilə geniş çeşidli rabitə xidmətləri göstərir. Bundan başqa, o “TeliaSonera” şirkətinin Tacikistan (“İndigo” və “Somocom”) və Özbəkistandakı (“Coscom”) törəmə müəssisələrinin idarə edilməsini həyata keçirir. “Fintur” qrupuna daxil olan şirkətlərin əməkdaşlarının sayı 3 500 nəfərdir. Bu şirkətlərin illik ümumi gəlirləri 2007-ci ildə 1.5 milyard dollardan artıq olub.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr