“RoamCELL” ilə məsafə fərqini hiss etməyəcəksiniz:62 ölkənin operatorları ilə 126 GPRS/MMS rominq sazişi bağlayıb. Bakı, 29 may 2008 “Azercell Telekom” MMC ilə Isveçin “Telenor”, Uruqvayın “Antel”, Filippinin “SMART Communications” və Omanın “Oman Mobile” operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, “Azercell”-in İsveç, Uruqvay və Oman ilə birinci, Filippin ilə isə üçüncü rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda Filippinin “Globe Telecom” və “Smart” operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 62 ölkənin mobil rabitə operatorları ilə 126 GPRS/MMS rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |