“Azercell”-dən möhtəşəm “Yubiley Hədiyyələri” kampaniyasıBakı, 02 iyun 2008 3 milyondan artıq abonentə 10 ədəd “Toyota Corolla” avtomobili və 10 milyon pulsuz dəqiqə qazandıracaq
3 milyondan artıq abonenti öz ətrafında birləşdirən "Azercell Telekom" MMC bu yay da Azərbaycanda analoqu olmayan yeni bir kampaniya həyata keçirir. Dünya telekommunikasiya sektorunda ilk yaradılan öncədən ödəmə sistemlərindən biri olan SimSim-in 10 illiyinə həsr olunmuş və “Yubiley hədiyyələri” adlanan bu kampaniya çərçivəsində “Azercell Telekom” MMC-nin bütün abonentləri bir-birindən dəyərli hədiyyələr qazanmaq şansı əldə edəcəklər.
1 iyun – 31 avqust 2008-ci il tarixləri arasında keçirilən bu möhtəşəm kampaniyada abonentlər 10 ədəd “Toyota Corolla” avtomobili və 10 milyon pulsuz dəqiqə əldə edə bilərlər. Bunun üçün “Azercell” abonentləri 10, 20, 40, 100 və 200 manat qiymətində olan xüsusi Ödəmə kartları və 2, 5, 10, 20 və 40 manat qiymətində olan xüsusi SimSim danışıq kartlarını alıb üzərində boya örtüklü xüsusi şifrəni pozub, yazını oxumalıdırlar. Uduşlu kartların hədiyyə pəncərəsindəki yazılar – “AVTOMOBİL”, “x MANAT BALANSA HƏDİYYƏ” (uduş əldə olunmuş Ödəmə kartının nominalına uyğun məbləğdir) və “x KONTUR HƏDİYYƏ” (hədiyyə konturların sayı əldə olunmuş SimSim danışıq kartının nominalına uyğundur) sizə müfaviq hədiyyələri qazandıracaq. Uduşsuz kartlarda isə “BİR DAHA SINAYIN” yazısı çap edilib. Qeyd edək ki, kampaniyada iştirak edən bütün kartların üzərində “10 maşın və 10 milyon pulsuz dəqiqə” yazısı olmalıdır.
Beləliklə kampaniyada:
- 10 ədəd “Toyota Corolla” avtomobili;
- Yüz minlərlə uduşlu danışıq kartları;
- Bundan başqa uduşlu kontur kartlarındakı 3-cü sətir “Maksimum” proqramının üzvlərinə hədiyyə konturlarının əlavə 10%-ni qazandırır.
Kampaniyanın əsas hədiyyələrini “Toyota Corolla” avtomobillərini qazanan şəxslər hədiyyəsini əldə etmək üçün uduşlu kartı 31 yanvar 2009-cu il tarixindən gec olmamaq şərti ilə Bakıda “Azercell”-in baş ofisinə, bölgələrdə isə Azercell Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinin birinə təqdim etməlidirlər. Uduşlu kart onu təqdim edən şəxsdə qalır və hədiyyə təqdim olunarkən “Azercell”-ə təhvil verilir. “Toyota Corolla” avtomobilləri yalnız “Azercell”-in baş ofisində təqdim olunacaq.
Balansa hədiyyə qazanmış şəxslər bu hədiyyəni Azercell GSM nömrəsinin balansına 650CELL və ya YükləCELL xidməti vasitəsilə, kontur qazananlar isə hədiyyə konturlarını balansına 1001CELL və ya 101CELL xidmətləri vasitəsilə yükləyəcəklər. Balansa hədiyyə və uduşlu konturlar istənilən vaxt yüklənilə bilər. “Maksimum” proqramının iştirakçısı üçün nəzərdə tutulan konturları qazanmış hər bir şəxs isə bu hədiyyə konturlarını balansına üçüncü 13-rəqəmli şifrəni 7777 qısa nömrəsinə göndərməklə yükləyə bilər. Uduşlu konturlar kontur istifadə müddətini artırmır. Balansa yüklənilən sonuncu – nominalı ən böyük olan – SimSim danışıq kartı konturlarının istifadə müddəti qüvvədə qalır.
Beləliklə, daima abonentlərini sərfəli xidmətləri və maraqlı kampaniyaları ilə sevindirən “Azercell Telekom” MMC bu yay da onları darıxmağa qoymayacaq. Bir-birindən maraqlı hədiyyələr qazanan “Azercell” abonentləri əsl yay həyəcanını yaşayacaqlar.
Qeyd edək ki, “Azercell Telekom” MMC ötən illərdə də “Milyonların kampaniyası”, “10 il kampaniyası”, “1001 hədiyyə” və digər kampaniyaları həyata keçirmişdi. “Milyonların kampaniyası”nın həyata keçirildiyi 12 tiraj ərzində ümumilikdə 2664 Azercell abonenti 22 200 000 manat, “10 il kampaniyası” çərçivəsində isə 10 nəfər “Azercell Telekom” abonenti 2 otaqlı mənzil, 443 766 abonenti 1 881 260 manat dəyərində konturlar və danışıq vaxtı, “1001 hədiyyə” kampaniyasında isə 1001 abonent 1001 qiymətli hədiyyə, 655 070 nəfər isə danışıq vaxtı qazanmışdı.
Tədbirdən görüntülər
Azercell Telekom MMC Mətbuat Xidməti |