“Azercell” stansiyaların sayını artırmaqda davam edirBakı, 10 iyun 2008 Əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini daim artırmaq ”Azercell Telekom” MMC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Keyfiyyətli rabitəni təmin etmək məqsədilə “Azercell” daima Azərbaycanın bütün ərazisində yeni radio-baza stansiyaları quraşdırır. Bu baxımdan, bu ilin may ayının yekunlarını da təqdirəlayiq hesab etmək olar. Çünki may ayında “Azercell Telekom” MMC 29 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Mayda istifadəyə verilən stansiyalardan 15-i Bakı, 3-ü Abşeron, digərləri isə Ağsu, Bərdə, Cəlilabad, İsmayıllı, Göyçay, Şamaxı, Şəki, Tovuz, Zaqatala və Zərdab rayonlarının ərazisində quraşdırılıb.
Ümumilikdə iyun ayının əvvəlinə “Azercell”-in 1403 stansiyası fəaliyyət göstərir. Həmçinin 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb.
Stansiyaların sayının artması “Azercell” abonentlərinə ölkəmizin istənilən guşəsində bu operatorun xidmətlərindən daha keyfiyyətli surətdə yararlanmağa imkan verir.
Azercell Telekom MMC Mətbuat Xidməti |