Bakı, 17 iyun 2008

“Azercell Telekom” MMC gənclər üçün növbəti “Karyera günləri”ni təşkil edir. Şirkət növbəti dəfə uğurlu karyera qurmaq istəyən gənclər üçün nəzərdə tutulan “Gələcək - Sənsən” adlı proqramını gerçəkləşdirir.

Bu dəfə iyunun 14-də baş tutacaq “Karyera günləri” tədbiri çərçivəsində “Azercell”ə müraciət edən tələbələr üçün maraqlı proqram hazırlanıb. Belə ki, proqram iştirakçılarına onların gələcək karyerası üçün faydalı ola biləcək məlumatlar veriləcək. Bundan əlavə, tələbələrə “Azercell”in fəaliyyəti ilə yanaşı, daxili həyatı haqqında da maraqlı informasiyalar açıqlanacaq. Proqrama qatılan gənclər biznes oyunlarda və özlərinin təhsil sahəsinə uyğun olan testlərdə iştirak edəcəklər. Bu mərhələni uğurla keçən tələbələr isə müsahibəyə buraxılacaq. Ən vacibi isə proqramın iştirakçıları sonradan “Azercell”-də işə qəbul prosesində, həm də yay və qış təcrübə proqramlarında iştirak etmək imkanını qazanacaqlar.

“Gələcək - Sənsən” proqramında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və digər ali təhsil müəssisələrinin IV kurs tələbələri, bakalavr, magistr və aspirantları iştirak edəcəklər. Bu il 600-ə yaxın gənc proqramda iştirak etmək üçün “Azercell”ə müraciət edib. “Karyera günləri” çərçivəsində onlar öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün əla fürsət əldə edəcəklər. Həmçinin, özlərinin dəyərli ideya və təkliflərini praktikada tətbiq etmək imkanını qazanacaqlar.

“Karyera günləri”nin keçirilməsi artıq “Azercell” üçün ənənəyə çevrilib. Şirkət 2005-ci ildən gənclər üçün bu proqramı həyata keçirir. İndiyə qədər minlərlə gənc bu karyera proqramının iştirakçısı olub, Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarının 40-a yaxın məzunu isə şirkətdə işə qəbul edilib.

Müştəri Xidməti

Azercell Fakturalı Xətt — 6565.

SimSim — 2002.

Digər nömrələr

Tarif Kalkulyatoru

Tarif seçin: