İki “Azercell” abonenti “Toyota Corolla” avtomobili uddu!Bakı, 09 iyul 2008 Yay kampaniyasında daha 8 avtomobil və milyonlarla pulsuz danışıq vaxtı qazanmaq imkanı qalır!
“Azercell Telekom” MMC-nin abonentlərinə milyonlarla dəqiqə pulsuz danışıq vaxtı və avtomobillər bəxş edən “Yubiley hədiyyələri” adlı yay kampaniyası bir aydan artıqdır ki, davam edir. Bu müddət ərzində artıq xeyli abonent hədiyyə danışıq vaxtının sahibi olub. Hətta uduşa çıxarılan 10 “Toyota Corolla” avtomobilindən ikisi də udulub.
Birinci maşının sahibi Nadir Bağırov Bakıdakı mağazalardan birində aldığı kartda hədiyyə zonasında maşın olduğunu görəndə gözlərinə inanmayıb. Nadir Bağırov bu vaxta qədər belə kampaniyalarda bəxtinin bir o qədər də gətirmədiyini deyir: “Bu dəfə isə aldığım bir kartda bəxtim gətirdi”. “Azercell”dən pulsuz maşın qazandığına görə özünü xoşbəxt sayan Nadir Bağırov hər kəsə aktiv olmağı, kampaniyada iştirak edib hədiyyələr qazanmağı məsləhət görür. O, bu cür gözəl kampaniyaya görə “Azercell Telekom”a təşəkkür edir və hər il milyonlarla insanı sevindirən bu şirkətin ildən-ilə uğurlarını daha da artırmasını arzulayır.
Kampaniyada udulan ikinci “Toyota” Elvin Qarayevə nəsib olacaq. O, uduşlu danışıq kartını metro stansiyalardan birinin yanındakı dükandan əldə edib. “Azercell” abonenti olaraq bu vaxtadək dəfələrlə şirkətin keçirdiyi kampaniyalarda iştirak edib. Amma qazandığı yalnız danışıq vaxtı olub. Ona görə də bu dəfə birdən-birə belə bahalı hədiyyə udduğuna inanmağı gəlməyib: “Bir saat içində bütün qohum-qardaş bu şad xəbəri bildi. Bu hədiyyə lap yerinə düşdü, çünki bu yaxınlarda maşınımı satmışdım. Amma ağlıma da gəlməzdi ki, belə tezliklə, özü də hədiyyə kimi bu cür bahalı maşın sürəcəyəm”. Elvin Qarayev deyir ki, bu cür kampaniya keçirməsinə görə “Azercell”ə təşəkkür etmək azdır, çünki şirkətə olan minnətdarlığı sözlə çatdırmaq mümkün deyil.
Yay kampaniyasında udulan hər iki avtomobilin açarları qaliblərə iyulun 9-da keçirilən mərasimdə “Azercell Telekom” MMC-nin vitse-prezidenti Ali Ağan tərəfindən təqdim olundu. Qaliblərə uğurlar arzulayan Ali Ağan müştəri məmnuniyyətinin “Azercell” üçün çox önəmli olduğunu bildirdi: “Bizim 3,3 milyondan artıq abonentimiz var və onlar hamısı məhz bizim abonentlərimiz olduqları üçün qazanırlar. Kampaniya çərçivəsində oynanılan digər 8 avtomobil hələ də yeni sahiblərini gözləyir və mən hamını aktiv olmağa çağırıram”.
Qeyd edək ki, ‘’Azercell Telekom”un bu yay keçirdiyi hədiyyə kampaniyası SimSim-in 10 illiyinə həsr olunub. “Yubiley hədiyyələri” adlanan kampaniya çərçivəsində “Azercell Telekom” abonentlərinin hamısı müxtəlif qiymətli hədiyyələr qazanmaq şansı əldə ediblər. İyunun 1-də başlayan kampaniya yayın son günü – avqustun 31-dək davam edəcək. Bu müddət ərzində abonentlər daha 8 avtomobil və hələ də milyonlarla pulsuz dəqiqə sahibi ola bilərlər. Kampaniyada 10, 20, 40, 100 və 200 manat qiymətində olan xüsusi Ödəmə kartları və 2, 5, 10, 20 və 40 manat qiymətində olan xüsusi SimSim danışıq kartları iştirak edir. Kartın uduşlu olub-olmadığını bilmək üçünsə kartın üzərindəki boya örtüklü xüsusi şifrəni pozub, yazını oxumaq lazımdır. Kampaniyada iştirak edən bütün kartların üzərində “10 maşın və 10 milyon pulsuz dəqiqə” yazısı olmalıdır.
Xatırladaq ki, bu, “Azercell Telekom” MMC-nin yayda keçirdiyi ilk belə kampaniya deyil. Bu vaxta qədər şirkət öz abonentlərini “Milyonların kampaniyası”, “10 il kampaniyası”, “1001 hədiyyə” və digər hədiyyə kampaniyaları ilə sevindirmişdi. Bu kampaniyalar çərçivəsində 10 nəfər “Azercell Telekom” abonenti 2 otaqlı mənzil, 1 nəfər BMW avtomobili, minlərlə insan kompüter, video kamera, musiqi pleyeri, mobil telefon və s. bu kimi qiymətli hədiyyələr, nəhayət milyonlarla pulsuz danışıq vaxtı qazanmışdılar. Azercell Telekom MMC Mətbuat Xidməti |