Azərbaycan dilindəIn EnglishПо-русски

Çimərlik voleybolu üzrə Azərbaycan birinciliyi keçirildi

Bakı, 28 iyul 2008

Yarışma “Azercell Telekom”un dəstəyi ilə baş tutub

İyulun 25-26-da “Crescent Beach” otelində Bakıda Çimərlik Voleybolu üzrə Azərbaycan birinciliyi baş tutub. “Azercell Telekom” MMC-nin sponsorluq etdiyi bu yarışmada kişilərdən ibarət 15, qadınların isə 14 komandası iştirak edib. İki gün davam edən birinciliyin sonunda kişilər arasında “Aztelekom”, qadınlar arasında “Avtoretroklub” komandaları qalib çıxıb. Yarışmada ilk yeri tutan voleybol komandalarına Gənclər və İdman Nazirliyinin fəxri diplomları ilə yanaşı, “Azercell Telekom”dan dəyərli hədiyyələr də təqdim olunub. Olimpiya sistemi ilə keçirilən bu birinciliyi 1500-dən çox tamaşaçı izləyib.

Qeyd edək ki, “Azercell Telekom” daim ölkəmizdə müxtəlif idman yarışmalarının keçirilməsinə yardımçı olub və fəaliyyət göstərdiyi ilk dövrlərdən etibarən azərbaycanlı idmançıların yerli və beynəlxalq turnirlərdə iştirakını təmin edib. Xatırladaq ki, “Azercell Telekom” Bədii Gimnastika üzrə bir çox çempionatlara, Afinada keçirilən Olimpiya oyunlarında Azərbaycanın Milli Olimpiya yığmasına, qadınlardan ibarət “Rabitə Bakı” voleybol komandasına, “Prezident kuboku” uğrunda Şahmat turnirlərinə, futbol yarışmalarına və bir çox digər idman tədbirlərinə sponsorluq etmişdir.

“Azercell Telekom” gələcəkdə də idmançılarımızın inkişaf etməsinə və Azərbaycan idmanın yüksəlməsinə öz dəstəyini əsirgəməyəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr