“RoamCELL” ilə məsafə fərqini hiss etməyəcəksiniz: “Mobile Telecom-Service” (Qazaxıstan) ilə rominq sazişi Bakı, 29 iyul 2008 “Azercell Telekom” MMC ilə Qazaxıstanın “Mobile Telecom-Service” LLP (NEO) (GSM 900) operatoru arasında birtərəfli Beynəlxalq rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, Qazaxıstan ilə sayca üçüncü rouminq müqaviləsidir. “Azercell” abonentləri hazırda Qazaxıstanın “K’Cell” və “Kartell LLC” operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 141 ölkənin mobil rabitə operatorları ilə 348 rouminq sazişi bağlayıb.
Azercell Telekom MMC Mətbuat Xidməti |