Azərbaycan dilindəIn EnglishПо-русски

Daha dörd abonent “Toyota” qazandı!

Bakı, 01 avqust 2008

“Azercell Telekom” MMC-nin keçirdiyi “Yubiley hədiyyələri” yay kampaniyası daha dörd nəfərə avtomobil bəxş edib. Artıq kampaniyaya çıxarılan 10 “Toyota Corolla” avtomobilinin altısı udulub! Qaliblər müxtəlif dəyərli “Azercell” ödəmə və danışıq kartlarından avtomobil qazanıblar.

Bəxtəvər maşın sahiblərindən biri – Rafiq Nəcəfovun uduşlu kart alması sırf təsadüfi imiş. O, telefonunu itirdiyinə görə sevimli “Azercell” nömrəsinin dublikatını çıxardıb. Və məhz bu nömrəni işə salmaq üçün Azercell Müştəri Xidmətləri ofisindən ödəmə kartı əldə edib. Rafiq Nəcəfov bu cür gözəl və misilsiz hədiyyəyə görə “Azercell”-ə daha böyük işgüzar uğurlar arzulayır.

Bakı sakini Barat İbayev də maşın udanlardandır. Bu cür uduş kampaniyaları keçirib öz abonentlərini sevindirdiyinə görə “Azercell”-ə təşəkürünü bildirən B.İbayev şirkətin gələcəkdə bundan da iri layihələr həyata keçirməsini diləyir. Lakin maşın uduşlu kartların heç də hamısı Bakıda öz sahiblərini tapmayıb. Növbəti maşın sahibi Bəxtiyar Nəbiyevin Gədəbəydə aldığı kart uduşlu çıxıb. O, əvvəllər də “Azercell”in keçirdiyi kampaniyaların iştirakçısı olub, hətta 2 il əvvəl şirkətdən bir telefon da hədiyyə alıb. Amma deyir ki, bu dəfəki hədiyyəni heç nə ilə müqayisə etmək olmaz. Altıncı maşının sahibi Əlmağa Kərimov Sabirabadda aldığı kartı yükləyəndə “Toyota Corolla” udduğunu bilib. Müəllim işləyən Əlmağa Kərimov bunun ailəsi üçün çox önəmli bir hadisə olduğunu bildirir və “Azercell”in bundan sonra da xeyli ailə sevindirməsini arzulayır.

Qeyd edək ki, kampaniyanın bu dəfəki qaliblərinə hədiyyələri “Azercell Telekom” MMC-nin vitse-prezidenti Ali Ağan təqdim etdi. O, 4 qalibi təbrik edərək, “Toyota Corolla” avtomobilinin açarlarını sahiblərinə təhvil verdi. ‘’Azercell Telekom”un yay kampaniyası hələ bitməyib. SimSim-in 10 illiyinə həsr olunan “Yubiley hədiyyələri” kampaniyası avqustun 31-dək davam edəcək. Yəni, yayın sonuna az qaldığı kimi, kampaniyanın müddəti də bitmək üzrədir. Hələ isə dörd “Toyota Corolla” öz sahibini gözləyir. Odur ki, “Azercell” abonentləri bir ay ərzində həm çoxlu pulsuz danışıq vaxtı, həm də maşın qazana bilərlər!

Qeyd edək ki, “Yubiley hədiyyələri” kampaniyası çərçivəsində bu günə qədər artıq 347,584 abonent balanslarına 435,363, 434 BONUS kontur yükləyib. Kampaniyada 10, 20, 40, 100 və 200 manat qiymətində olan xüsusi Ödəmə kartları və 2, 5, 10, 20 və 40 manat qiymətində olan xüsusi SimSim danışıq kartları iştirak edir. Bu kartların üzərindəki boya örtüklü şifrəni pozub, yazını oxuyandan sonra onun uduşlu olub-olmadığını bilmək mümkün olacaq. Onu da xatırladaq ki, kampaniyada iştirak edən bütün kartların üzərində “10 maşın və 10 milyon pulsuz dəqiqə” yazısı olmalıdır. Bu vaxta qədər daim abonentlərinə müxtəlif hədiyyələr qazandıran “Azercell Telekom” bu yay da ənənəsinə sadiq qaldı. Yay kampaniyası davam edir və “Azercell” abonentlərinin dörd ədəd “Toyota Corolla” avtomobili, həmçinin çoxlu pulsuz danışıq vaxtı qazanmaq imkanı var!

Tədbirdən görüntülər


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr