“Azercell”-dən “Maksimum”çulara növbəti xoş müjdəBakı, 06 avqust 2008 Abonentlərini daim yeni kampaniyaları və maraqlı yenilikləri ilə sevindirən “Azercell Telekom” MMC bu yay da ənənəsinə sadiq qaldı. Möhtəşəm yay kampaniyaları və xidmətlərin ardından “Azercell” bu dəfə MMS həvəskarları üçün maraqlı bir surpriz hazırlayıb. Belə ki, 05.08.2008 - 05.11.2008 tarixləri arasında “Maksimum” proqramının istifadəçisi olan “Azercell” abonentləri “MMS-fanat” kampaniyasına qoşulmaqla gün ərzində yüzlərlə pulsuz MMS göndərmək imkanı qazanacaqlar.
Kampaniyaya qoşulmaq isə çox asandır. Abonent ilk növbədə MMS xidməti üçün gündəlik abunəliyə qoşulmaq üçün MMS sözünü yazıb, SMS-lə 7778 qısa nömrəsinə göndərməlidir. Bundan sonra abonentə 7778 qısa nömrəsindən kampaniyaya qoşulması haqqında təsdiq mesajı gələcək. Təsdiq mesajı aldıqdan sonra abonent avtomatik olaraq bu kampaniyanın iştirakçısına çevrilir. Gün ərzində cəmi 200 kontur xərcləməklə “Maksimum”çular sevdiklərinə 300 MMS göndərmək imkanı əldə edəcək.
Qeyd edək ki, ötən ilin oktyabr ayından “Azercell” “Maksimum” üzvləri üçün bir-birindən maraqlı və rəngarəng kampaniyalar keçirir. Şirkət bundan sonra da “Maksimum” çuları sərfəli kampaniyaları ilə sevindirmək niyyətindədir.
Azercell Telekom MMC Mətbuat Xidməti |