Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell” stansiyaların sayını artırmaqda davam edir

Bakı, 06 avqust 2008

Əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini daim artırmaq ”Azercell Telekom” MMC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Keyfiyyətli rabitəni təmin etmək məqsədilə “Azercell” daima Azərbaycanın bütün ərazisində yeni radio-baza stansiyaları quraşdırır. Bu baxımdan, bu ilin iyul ayının yekunlarını da təqdirəlayiq hesab etmək olar. Çünki iyul ayında “Azercell Telekom” MMC 19 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Iyulda istifadəyə verilən stansiyalardan 5-i Bakı, 2-si Abşeron, digərləri isə Lerik, Gəncə, Ağsu, Şəki, Qəbələ, Mingəçevir, Bərdə, Xaçmaz, Ucar və Balakən rayonlarının ərazisində quraşdırılıb.

Ümumilikdə avqust ayının əvvəlinə “Azercell”-in 1456 stansiyası fəaliyyət göstərir. Həmçinin 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb. Stansiyaların sayının artması “Azercell” abonentlərinə ölkəmizin istənilən guşəsində bu operatorun xidmətlərindən daha keyfiyyətli surətdə yararlanmağa imkan verir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr