Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell” abonentlərinin sayı 3 milyon 500 mini keçdi!

Bakı, 12 avqust 2008

Mobil operator kimi “Azercell”i seçənlərin sayı daim artmaqdadır. Bunu son ayların statistikası da açıq göstərir. Bu ilin ilk yeddi ayı ərzində “Azercell” abonentlərinin sayı 500 min artıb!

Bu gün “Azercell” 3 milyon 500 min abonenti ilə ölkənin demək olar ki, bütün ərazisini əhatə etməklə ən keyfiyyətli rabitə təklif edən mobil şirkətdir. 1996-cı ildə yaradılan şirkətə dəyər verənlərin sayı müntəzəm olaraq artmaqdadır.

“Biz ciddi rəqabət ortamında durmadan böyüyürük və abonentlərimizin sayının 3,5 milyonu keçməsi bu inkişafın bariz nümunəsidir. Əminəm ki, abonentlərimizin sayı bundan sonra da artacaq və etibar edib bizi yüksək qiymətləndirənlər çoxalmaqda davam edəcək. Çünki məhz “Azercell” ölkədə ən keyfiyyətli rabitəni təqdim edir. Bundan əlavə, biz öz abonentlərimizə sərfəli tariflərlə yanaşı, həm də onların qabaqcıl texnologiyalardan istifadə etməsinə imkan yaradırıq.”, -deyə “Azercell Telekom” MMC-nin prezidenti Halim Ateş abonentlərinin sayının 3,5 milyona çatmasını şərh edərkən bildirib.

Qeyd edək ki, 2004-cü ildə şirkətin abonentlərinin sayı 1 milyon, 2006-da isə 2 milyon nəfərə çatmışdı. Keçən ilin sonunda isə “Azercell” abonentlərinin sayı 3 milyon keçmişdi və şirkət rəhbərliyi 3 milyonuncu abonentinə “Toyota” markalı avtomobil hədiyyə etmişdi.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr